Tanınmış aktyor əməliyyat olundu: “Hər iki ayağım kəsilə bilərdi...”-FOTO+ÖZƏL

Tanınmış aktyor Natiq Fərzəliyev əməliyyat olunub. Bu haqda sənətkarın özü Moderator.az-a açıqlamasında deyib:

“Xəstəxanadan çıxmışam, evdə müalicə alıram. 5-10 günə yəqin ki, işimin başına qayıdacam. Ayaqlarımda qan dövranı işləmirdi, ona görə də damarlarımdan əməliyyat olundum. Bu əməliyyatı etdirməsəydim hər iki ayağımın kəsilmə təhlükəsi var idi. Çox ağır, kritik , 6 saatlıq bir əməliyyat keçirmişəm. Yaxşı ki, vaxtında üstünə düşdüm. Artıq xeyli irəliləyiş var. Yaramın sağalması lazımdır ki, ayağa qalxım. Evdə bir az gəzdirirlər, 5-10 dəqiqəlik, sonra yenidən uzanıram. Həftəsonu klinikaya gedəcəm. Həkim hələ ki, uzanmağı məsləhət görür. Ayağımı qatlaya bilmərəm, düzünə yatırdıb uzanmalıyam. İnşallah ki, çətin günlər tezliklə keçər” deyə o bildirib.