Azərbaycanda yeddi min ailəyə qurban payı veriləcək

Səudiyyə Ərəbistanı səfirliyi "Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.

APA-ya istinadla, tədbirin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Səudiyyə Ərəbistanı səfirliyi arasında təhvil-təslim aktı imzalanıb.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bu aksiyanın iki ölkənin müsəlman xalqları arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcəyini bildirib.

Qeyd olunub ki, qurban ətinin ümumi çəkisi 46.5 ton təşkil edir və 7 min ailəni əhatə edəcək.