Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur

Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyin edilib.

Zaur Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

Ötən gün Səbuhi Sadıqov dövlət başçısının Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinə sədr təyin olunub.