Türkiyənin tekstil şirkətinin Azərbaycandakı filialı ləğv olundu

Türkiyənin geyim, dəri və tekstil sahəsində fəaliyyət göstərən “ROBA GİYİM DERİ VE TEKSTİL SANAYİ DIŞ TİCARET LİMİTED” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

Bununla bağlı filialın kreditorlarına müraciət edilib.

Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 9A, mənzil 1 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, şirkət 2025-ci ildən etibarən ölkə ərazisində tekstil sektorunda fəaliyyət göstərmişdir.