2026-cı il noyabrın 1-nə olan məlumata görə, 32 690 yetkinlik yaşına çatmış şəxs və valideynlərinin razılığı ilə 14 344 azyaşlı Ermənistan vətəndaşlığı alıb. Söhbət Qarabağdan Ermənistana köçən şəxslərdən gedir.
Bunu Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.
Nazirin sözlərinə görə, Qarabağda köçmüş şəxslər tərəfindən Ermənistan vətəndaşlığı almaq üçün ümumilikdə 53 min 39 müraciət daxil olub. Onlardan uşaqlar da daxil olmaqla, 47 min 34-ü müsbət cavablandırılıb.
Qeyd edək ki, Ermənistan tərəfi 2023-cü ildə Qarabağda həyata keçirlimiş antiterror əməliyyatından sonra guya 120 mindən çox erməninin köçdüyünü iddia edirdi.