AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

Noyabrın 6-da Azərbaycan televiziyasının 70, radiosunun isə 100 illik yubileyi qeyd olunacaq.

AzTV-dən APA-ya verilən məlumata görə, bu münasibətlə videoçarx hazırlanıb.

"Bu əlamətdar tarixlər münasibətilə hazırlanan videoçarx radiodan başlayan bir əsrlik inkişaf yolunu özündə əks etdirir", - məlumatda qeyd olunub.