Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.Oxu24.com xəbər verir ki, "PASHA Property Management" şirkətinin təşkilatçılığı ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində 47 yerli, 14 xarici olmaqla ümumilikdə 61 şirkət iştirak edir.Qeyd edək ki, dövlət başçısının Sərəncamı ilə 2026-cı il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunub. Sərginin təşkili ölkədə daşınmaz əmlak, memarlıq və tikinti sahələrinin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti bir daha nümayiş etdirir.Sərgi mənzil almaq, yaşayış şəraitini yaxşılaşdırmaq və daşınmaz əmlaka investisiya yatırmaq istəyən şəxsləri, böyük investorları, şirkətlərin təmsilçilərini və sektorun peşəkarlarını vahid platformada birləşdirir, əmlak bazarının iştirakçıları arasında dialoqun genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm rol oynayır.x x xPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva "PMD Group" şirkətinin stendi ilə tanış oldular.Məlumat verildi ki, "PMD Group" 2013-cü ildən bəri daşınmaz əmlaka investisiya, layihələrin inkişafı və idarə edilməsi istiqamətində fəaliyyət göstərir. Şirkət yaşayış, kommersiya və ictimai-sosial təyinatlı layihələr icra edir. "PMD Group" layihələri konsepsiyadan tikintiyə və idarəetməyə qədər əhatə edən dörd istiqamət üzrə xidmət göstərir. Tikinti və layihələrin idarə edilməsi, memarlıq və dizayn, daşınmaz əmlakın idarə olunması, satışı və icarəsi, logistika və anbar xidmətləri şirkətin fəaliyyət istiqamətlərinə daxildir. "PMD Group" və ona daxil olan şirkətlər tərəfindən paytaxtdakı Zəfər parkının inşası həyata keçirilib, Bakı və Abşeronla yanaşı, işğaldan azad edilmiş rayonlarımızda da bir sıra layihələr icra olunub və hazırda bu işlər davam edir.x x xBildirildi ki, "PASHA Holding"in tərkibinə daxil olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlaka investisiya qoyuluşu, layihələrin inkişafı və əmlak aktivlərinin idarə edilməsi sahələrində fəaliyyət göstərir. Qrup Azərbaycanda və daha beş ölkədə – Türkiyə, ABŞ, Monteneqro, Gürcüstan və Özbəkistanda nüfuzlu beynəlxalq brendlərlə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirir. Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan "PAŞA Real Estate Qrup" beynəlxalq standartlara uyğun layihələri ilə Bakının müasir memarlıq simasının formalaşmasına töhfə verir. Onun layihələri tanınmış beynəlxalq memarlıq şirkətləri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Qrupun fəaliyyət istiqamətləri daşınmaz əmlak layihələrinin inkişafını, hotel, yaşayış və ticarət obyektlərinin idarə olunmasını, həmçinin beynəlxalq hotel brendləri ilə əməkdaşlığı əhatə edir.x x xDövlətimizin başçısı, birinci xanım və qızları "Sea Breeze"in stendinə baxdılar, həyata keçirilmiş işlər və perspektiv layihələrlə tanış oldular.Qeyd edildi ki, "Sea Breeze" 1000 hektardan çox ərazini əhatə edir. Gələcəkdə isə bu rəqəmin 1850 hektaradək artırılması nəzərdə tutulur. Burada tamamlanmış və həyata keçirilən layihələrin sayı 50-dən artıqdır. "Sea Breeze"də artıq 60 mindən çox rezident (sakin) var. Bütövlükdə isə layihə tam icra olunduqdan sonra "Sea Breeze"də 500 min sakin yaşayacaq.Ərazidə icra edilən əhəmiyyətli layihələrdən biri 200 hektardan çox sahəsi olan "Fire Island" adasıdır. Layihə çərçivəsində beynəlxalq standartlara uyğun müasir infrastrukturun yaradılması planlaşdırılır. Buraya uzunluğu təxminən 5,5 kilometr olan və 18 döngədən ibarət Formula 1 yarış trekinin inşası da daxildir."Sea Breeze"in flaqman layihəsi "Caspian Dream Liner"dir. Bu, süni yarımadada yerləşən apart-hotel layihəsidir.Təxminən 50 hektar ərazini əhatə edən "Aypara" "Sea Breeze"in ən böyük və diqqətçəkən layihələrindəndir. Burada beşulduzlu hotellərin inşası nəzərdə tutulur. Bununla yanaşı, ərazidə brend mağazaların yerləşəcəyi ticarət küçələri, çoxfunksiyalı arena, həmçinin hündürlüyü 323 metr olacaq qüllə inşa ediləcək.Əsas məqsəd "Sea Breeze"in beynəlxalq səviyyəli müasir şəhər kimi inkişafını davam etdirmək, xarici investisiyaları cəlb etmək, yeni iş yerləri yaratmaq, o cümlədən Azərbaycanın turizm və iqtisadi potensialının inkişafına töhfə verməkdir.x x xHəmçinin məlumat verildi ki, 15 ilə yaxın təcrübəsi olan "Baku City Residences" şirkəti yaşayış və kommersiya məqsədilə daşınmaz əmlakın inşası və satışı üzrə fəaliyyət göstərir. Şirkətin layihələrində müasir memarlıq, əlverişli yerləşmə və əhatəli infrastruktur birləşir. Layihələrin icrasında keyfiyyət, dizayn və müasir şəhər həyatının tələbləri əsas götürülür. İndiyədək şirkət tərəfindən bir neçə layihə reallaşdırılıb. Gələcəkdə "Bakı Ağ Şəhər"in sahilyanı məhəlləsində "Baku Bay" layihəsinin inşası nəzərdə tutulur.x x xPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva sərgidə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) stendi ilə də tanış oldular.Diqqətə çatdırıldı ki, Agentlik ölkədə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılıb. Onun fəaliyyətinin əsas istiqaməti aztəminatlı və ortagəlirli ailələr üçün əlçatan, ekoloji təmiz və enerjiyə qənaət edən yaşayış komplekslərinin inşasıdır.MİDA fəaliyyəti dövründə respublika üzrə ümumilikdə 20 layihəni icra edib. Bunlardan 7-si Bakıda, 3-ü Qarabağda, digər 10-u isə Gəncə, Abşeron, Sumqayıt, Lənkəran, Şirvan, Yevlax, Naxçıvan, Şəmkir və Salyandadır. Layihələrə binalarla yanaşı, məktəblər, bağçalar, tibb mərkəzinin inşası da daxildir.Agentlik tərəfindən güzəştli mənzil layihələrindən Bakıda 5, regionlarda isə 6 layihə tamamlanıb. Hazırda agentlik paytaxt və bölgələrimizi əhatə edən 6 layihədən 3-nün icrasına başlayıb, 3 yaşayış kompleksi isə layihələndirmə mərhələsindədir.x x xDövlətimizin başçısı, birinci xanım və qızları Leyla Əliyeva "Fortis Development" şirkətinin stendi ilə tanış oldular.Bildirildi ki, şirkət yaşayış və kommersiya obyektlərinin tikintisi ilə yanaşı, tarixi və memarlıq abidələrinin bərpası, bina fasadlarının yenilənməsi və ictimai məkanların abadlaşdırılması ilə məşğul olur və 10 ildən artıq təcrübəsi var. İndiyədək şirkət tərəfindən paytaxtda Şəhriyar və Səadət parklarının abadlaşdırılması, Balaxanı qəsəbəsində abadlıq işləri, Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsində İmam məscidinin təmir-bərpası, COP29 ərəfəsində Bakıda 40-dan çox binanın bərpası həyata keçirilib. Şirkət tərəfindən mədəni irs layihələri də icra edilib.x x xMemarlıq, planlaşdırma və interyer dizaynı sahələrində fəaliyyət göstərən "Chapman Taylor" şirkəti 1959-cu ildə Londonda yaradılıb. "Chapman Taylor" beynəlxalq memarlıq şirkəti kimi 100-dən çox ölkədə layihələr həyata keçirib, 300-dən çox memarlıq mükafatı qazanıb. Şirkət ölkəmizdə də bir sıra layihələr icra edib. Şuşa, Cəbrayıl, Xankəndi və Naxçıvan şəhərlərinin Baş planlarının müəllifi olan "Chapman Taylor" bu şəhərlərlə yanaşı, Bakı, Gəncə, Ağdam, Füzuli və Qusarda bir çox yaşayış və ictimai binaların layihələndirilməsini həyata keçirib.Şirkət tərəfindən Şuşa, Cəbrayıl, Xankəndi, Füzuli və Ağdamda yaşayış məhəllələrinin inşası, mövcud binaların fasadlarının yenilənməsi və digər sosial layihələr icra olunub, bir neçə layihə isə icra mərhələsindədir.x x xBirləşmiş Ərəb Əmirliklərinin Sənaye Şəhərləri və Texnologiya Zonaları üzrə İdarəsi (MODON) də sərgidə iri ekspozisiya ilə təmsil olunur. Şirkət innovasiyalara yönəlmiş fəaliyyət sahəsində ixtisaslaşıb, istehsal proseslərinin rəqəmsallaşdırılması və müasir standartlara keçid istiqamətində müxtəlif proqramlar reallaşdırır. Təklif edilən təşviq mexanizmləri arasında məsləhət xidmətləri, maliyyələşdirmə proqramları, yerli məzmunun inkişafına dəstək tədbirləri, həmçinin sənaye infrastrukturu və hazır istehsal sahələrinin təqdim edilməsi yer alır. Şirkət sərgidə Böyükşor gölü ərazisinin inkişaf planının konsepsiyasını təqdim edib.x x x"Bakı Ağ Şəhər" layihəsi dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biridir. İcrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılan layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və "Ağıllı şəhər" prinsipləri əsasında hazırlanıb. Burada şəhərsalmanın ən son yenilikləri tətbiq olunub. Əvvəllər "Qara şəhər" kimi tanınan bu ərazi 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə isə burada dünya miqyasında nadir ekoloji layihə icra olunaraq müasir yaşayış massivi yaradılıb. Yaşayış binaları MDB ölkələri arasında ilk dəfə olaraq BREEAM - beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM - karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş daxili küçələri, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq nümunələri ilə seçilən "Bakı Ağ Şəhər" paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir məkanına çevrilib."Bakı Ağ Şəhər" layihəsinin inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə neft sənayemizin zəngin tarixinə, onun dünya energetika sektorunda aparıcı roluna həsr olunmuş yeni muzey binası konsepsiyası hazırlanıb. Muzeydə keçmişdə ekoloji fəlakətlə üz-üzə olan "Qara şəhər"in müasir və dayanıqlı "Baku White City" şəhər məkanına transformasiyanın tarixi nümayiş olunacaq. Binada sərgi zalı, kitabxana, ofis otaqları, restoran və kafelər nəzərdə tutulur. Layihə çərçivəsində şəhərə və sahilə mənzərəsi olan 90 metrlik müşahidə qülləsi yaradılacaq."Bakı Ağ Şəhər" layihəsinin əsas rəmzlərindən biri olan "Gilavar" kompleksi ictimai məkanları, əyləncə obyektlərini, iaşə müəssisələrini, yaxta klublarını və təxminən 185 metr hündürlüyündə 49 mərtəbəli yaşayış binasını birləşdirir.Layihə "ADEC" şirkəti və "Bürc-Xəlifə" layihəsinin müəllifi, hündürmərtəbəli binaların memarlığı üzrə dünya lideri Amerikanın məşhur SOM bürosu ilə birgə hazırlanıb."Ağ şəhər", eyni zamanda, incəsənət və mədəniyyət həvəskarlarının da sevimli məkanına çevrilib. Belə ki, dünyanın tanınmış heykəltaraşları öz əsərlərinin burada quraşdırılmasında maraqlıdırlar. Bu xüsusda məşhur amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılan "Qarabağ atları" heykəltaraşlıq kompleksini, Zaman meydanında məşhur rəssam Konstantin Krik tərəfindən məhz "Bakı Ağ Şəhər" üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyasını, məşhur heykəltaraş Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyasını, müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəlini qeyd etmək olar.x x x"Housing Development Corporation" (HDC) Maldivin məkan və iqtisadi transformasiyasını aparan əsas dövlət müəssisəsidir. HDC "ağıllı", inklüziv və dayanıqlı şəhərlərin salınmasında iştirak edir, əsas inkişaf layihələrinin idarəetməsini həyata keçirir. Şirkətin stendində logistika üçün mərkəzləşdirilmiş Sənaye Kəndi, yüksəktutumlu Cənub Limanı Ticarət Zonası və digər layihələr təqdim olunur. "Housing Development Corporation" sərgidə iştirak etməklə turizmdən əlavə, Maldivin kommersiya daşınmaz əmlakını, yaşıl texnologiyaları, "ağıllı" kommunal infrastrukturu və dəniz ticarəti sahələrindəki investisiya imkanlarını təqdim edir.x x x"Silk Development" Gürcüstanda yaşayış və hotel layihələri həyata keçirən aparıcı şirkətdir. Batumidəki Silk Towers şirkətin əsas layihələrindəndir. Şirkətin stendində yaşayış, lüks hotel və çoxfunksiyalı layihələrdən ibarət portfel, dünyada tanınmış memarların layihələndirdiyi obyektlər, uzunmüddətli dəyərə hesablanmış və yüksəkgəlirli mülkiyyət modellərini təqdim edilir. "Silk Development"in bu sərgidə iştirakda məqsədi Xəzər regionunda fəaliyyətini genişləndirmək, investorlar, strateji tərəfdaşlar və brokerlərlə birbaşa əlaqə qurmaqdan ibarətdir.x x xÇoxfunksiyalı yaşayış kompleksi olan "Luna Garden" Bakının dinamik inkişaf edən ərazilərindən birində, metronun "Koroğlu" stansiyasının və Böyükşor gölünün yaxınlığında yerləşir. "Koroğlu" stansiyasının yeni çıxışı birbaşa kompleksin ərazisindədir ki, bu da sakinlərin rahatlığının təmin edilməsində mühüm rol oynayır. Layihə 6,7 hektar ərazini əhatə edir və 9 binadan ibarətdir. Ərazinin 60 faizi yaşıllıq sahələri üçün nəzərdə tutulub.x x x2003-cü ildən Azərbaycanın tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən "Kristal" Bakı və Sumqayıt şəhərlərində müasir standartlara cavab verən, yüksəkkomfortlu yaşayış komplekslərinin inşasını həyata keçirir. Şirkət öz layihələrində məktəb, uşaq bağçası, park, ticarət və digər sosial infrastruktur obyektlərini bir araya gətirən "şəhər içində şəhər" konsepsiyasını əsas götürür. Bu yanaşma sakinlər üçün rahat, funksional və müasir yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. "Kristal"ın bu istiqamətdə həyata keçirdiyi layihələr sırasında "City Garden Nərimanov", "Park Yasamal" və "Highland Residence" kimi yaşayış kompleksləri xüsusi yer tutur."Kristal" fəaliyyətində innovativ tikinti texnologiyalarının tətbiqinə, enerji səmərəliliyinin artırılmasına, ekoloji məsuliyyətə və dayanıqlı şəhərsalma prinsiplərinə xüsusi önəm verir. Sərgidə şirkətin təqdim etdiyi əsas yeniliklərdən biri müasir panel fasad sistemidir. Bu texnologiya yüksək istilik izolyasiyası, enerji itkilərinin azaldılması və binaların enerji səmərəliliyinin yüksəldilməsi baxımından mühüm üstünlüklərə malikdir.x x xPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qarabağ Dirçəliş Fondunun stendinə də baxdılar.Qeyd olundu ki, Fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına maliyyə dəstəyi göstərir, investisiya cəlb edir, dövlət-özəl tərəfdaşlığını təşviq edir və maarifləndirmə layihələri həyata keçirir. Fondun sərgidə iştirakının məqsədi onun fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə ictimaiyyətin məlumatlılığının artırılması, ianəçilik mədəniyyətinin təbliğidir."Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" innovativ kitab layihəsi də maraqla qarşılanır. Fondun sifarişi ilə hazırlanmış kitabda Qarabağ həqiqətləri və Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri əks olunub.Stenddə, həmçinin "Qarabağın inciləri" - Qarabağın tarixi-mədəni irsini, bərpa olunan abidələri və Zəfərdən sonra inşa edilmiş infrastruktur obyektlərini tanıdan rəmzi maarifləndirici oyun, "Qarabağ quiz" - Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və Vətən müharibəsi haqqında interaktiv viktorina və beynəlxalq ictimaiyyətin diqqətini mina təhlükəsinə yönəltmək məqsədilə Fondun sifarişi ilə hazırlanan "Ölümcül Miras" sənədli filmi barədə də məlumat verilir.12:31Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bu gün
4264 xəbər bu gün
Paraqvay prezidenti Santyaqo Penya Ueno Bankın iflasından sonra istefa verdiyini açıqlayıb. Bankın təxminən 3 milyon müştərisinin hesabları dondurulub. Penya qərarını ölkədə sabitliyin, ictimai asayişin və demokratik…
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X" sosial şəbəkə hesabında paylaşım…
Словакия выделит Украине €500 тыс. на закупку генераторов и передаст три тепловоза, а также поможет с обустройством укрытий и подготовкой к зиме, сообщил словацкий премьер-министр...
Süni intellekt texnologiyalarının inkişafı kiberdələduzların işini asanlaşdırıb. Artıq cinayətkarlar tanışlıq saytlarında saxta profillər yaratmaqla kifayətlənmir, süni intellekt vasitəsilə real insan təsiri bağışlayan…
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin ilk iclası keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. Redaktor.az...
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Rusiya Prezidenti Vladimir Putinlə görüşündə regional məsələləri, müharibədən sonrakı vəziyyəti və təhlükəsizliyin təmin olunmasını müzakirə etdiklərini...
Daşınmaz əmlakla bağlı bəzi əməliyyatların dövlət rüsumundan azad olunması qaydasının dəyişdirilməsi təklif edilir. Redaktor.az xəbər verir ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, 2006-cı il...
Paraqvay Prezidenti Santyaqo Pena Ueno Bankının müflisləşməsi və bunun nəticəsində təxminən 3 milyon müştərinin hesablarının dondurulmasından sonra istefa verdiyini açıqlayıb. Santyaqo…
Rusiya və İran Rəşt - Astara dəmir yolu xəttinin tikintisi layihəsi üzrə sənədlər paketi imzalayıblar.
Rusiya və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisi layihəsi üzrə sənədlər paketini imzalayıblar.
Mingəçevirdə qonşular arasında mübahisə qanla bitib.
Ev təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar da toplanacaq. Oxu.az-a istinadən, bununla bağlı ev…
Bakıda səfərinin son günündə “Azad qadın” və ya “Çadranın atılması” abidəsini ziyarət edən əcnəbi qonaq müharibə üzrə tədqiqatçı, Madison Siyasət Forumunda Müharibə Araşdırmaları şöbəsinin rəhbəri Con Spenser…
İranın ali dini lideri Müctəba Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktub Moskvaya çatdırılıb. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Məlumata görə, məktubu İran nümayəndəsi Möhsün Rezai…
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, mobil rabitə şəbəkəsinə qoşula bilən ağıllı saatlar da mobil cihaz hesab ediləcək və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. Təklif olunan dəyişikliyə…
Mingəçevirdə tikintidə ölüm hadisəsi olub. Modern.az-ın məlumatına görə, şəhər sakini 72 yaşlı Mirpaşa Məhərrəmov ev tikintisində usta kimi işləyərkən ölüb. Onun ürəktutmadam öldüyü bildirilir. Faktla bağlı araşdırma…
İşçilərə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə kompensasiya verilməsi qaydasının dəyişdirilməsi təklif olunur. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Layihəyə əsasən, işçinin…
Qətərin dövlət neft-qaz şirkəti olan "QatarEnergy" mayeləşdirilmiş təbii qaz (LNG) alışı üzrə yeni uzunmüddətli sazişlərin bağlanması barədə ABŞ tədarükçüləri ilə danışıqlar aparır. Bu barədə "Bloomberg" məlumat yayıb…
Rusiya Prezidenti Vladimir Putinlə İran arasında regionun mühüm məsələləri, müharibədən sonrakı dövr və təhlükəsizlik məsələləri müzakirə olunub. Həmçinin İranın Ali rəhbəri Müctəba Xameneinin məktubu Putinə çatdırılıb…
London, 5 noyabr, AZƏRTAC Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından (“Brexit”) sonra tətbiq edilən əlavə gömrük prosedurları və bürokratik tələblər ölkə şirkətlərinə dörd il ərzində ən azı 7,7 milyard…
Paris, 5 noyabr, AZƏRTAC Fransanın Baş naziri Sebastyen Lökornü noyabrın 10-da Matinyon iqamətgahında həmkarlar ittifaqları və işəgötürən təşkilatlarının nümayəndələri ilə sosial konfrans keçirəcəyini açıqlayıb. Görüş…
Naxçıvan, 5 noyabr, AZƏRTAC Noyabrın 5-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının iştirakı ilə…
“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasında yeni rekord müəyyən edib. "Football-plus.az" xəbər verir ki, 19 yaşlı futbolçu “Aston Villa” ilə matçda turnirin tarixində 20 yaşadək futbolçular arasında ən çox…
Boşanma prosesi uzanırsa, aliment almaq üçün məhkəmənin yekun qərarını gözləməlisiniz?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Azər İbrahimov bildirib ki,boşanma prosesi zamanı bəzi valideynlər müxtəlif səbəblərlə…
İnterpol tərəfindən axtarılan və 9 il 7 ay həbs cəzasına məhkum edilmiş qaçaq məhkum Mersin şəhərindəki Çukurova Beynəlxalq Hava Limanında tutulub. Hava Limanı Şöbə Müdirliyinin qrupları R.H.K.-nın İnterpol tərəfindən…
İran rəsmisi Zerqami bildirib ki, Putin Tehran və Vaşinqton arasında birbaşa danışıqlara vasitəçilik etməyi təklif edib, lakin İran bu təklifi qəbul etməyib. İranın Ali Kiberməkan Şurasının üzvü Ezzətullah Zerqami Rusiya…
ABŞ seçkilərindən sonra qlobal bazarlarda texnologiya səhmlərinin kəskin satışı müşahidə olunur.Oxu24.com bildirir ki,İran-ABŞ münaqişəsi ilə bağlı qeyri-müəyyənliklər və Hörmüz boğazında tankerlərin alovlanması ilə…
Есть войны, которые начинаются с одного политического решения, одного приказа или одной роковой ошибки. Но практически никогда не бывает так, чтобы война завершалась столь же просто, как начиналась.
В Мингячевире спор между соседями закончился поножовщиной. Как передает Day.Az со ссылкой на Trend, инцидент произошел в жилом массиве "Шафа баглары". По предварительным данным, 21-летний Алекбер Османов во время ссоры…
Yanğınsöndürmə və xilasetmə
Rusiya XİN sözçüsü
Qış mövsümündə geyim seçimində klassik və sakit tonlarla yanaşı, daha cəsarətli rənglər də ön plana çıx ır. Bordo, şokolad qəhvəyisi, tünd yaşıl, elektrik mavisi, bənövşəyi və krem çalarları 2026-2027-ci ilin payız-qış…
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi “X” sosial şəbəkə hesabında paylaşım…
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb.
Paraqvay Prezidenti Santyaqo Penya 3 milyona yaxın müştərinin hesablarının dondurulduğu
Noyabrın 4-də Bakının Cəfər Xəndan küçəsində yerləşən