İsmayıllıda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürdü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə noyabrın 3-də saat 19 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İlqar Əliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 56 yaşlı Oruc Səfərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.