İspaniyanın nəqliyyat naziri Oskar Puente istefa verdiyini açıqlayıb.
Bu barədə "EFE" agentliyi məlumat yayıb.
Qərar Toledo əyalətində baş verən dəmir yolu qəzası fonunda qəbul edilib.
Qeyd edək ki, oktyabrın 28-də səhər saatlarında Toledo əyalətinin Urda yaşayış məntəqəsi yaxınlığında Madrid-Sevilya marşrutu ilə hərəkət edən iki sərnişin qatarı toqquşub. Qatarların vaqonlarında ümumilikdə 540-a yaxın sərnişin olub. Faciə nəticəsində azı 69 nəfər həlak olub.