Gəncədə 59 yaşlı kişi 88 yaşlı xalasını öldürdü

Gəncədə qətl hadisəsi törədilib.

Teleqraf-a istinadən, hadisə şəhər ərazisində qeydə alınıb.

1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib.

Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib. Artıq Ə. Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.