Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizi – Azərbaycanımızın yüksəlişi üçün yorulmadan çalışan dövlət xadimini, Müzəffər Ordumuzun Ali Baş Komandanını Zəfər Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişaf siyasəti Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan bütün dünyada sülh və sabitlik ölkəsi kimi tanınır. Bu sabitliyə, sülh və əmin-amanlığa görə Sizə minnətdarıq.
Möhtərəm cənab Prezident!
Uzun illər intizarla gözlədiyimiz Zəfərimizin 6-cı ildönümünün qeyd olunduğu bu əziz gündə Sizə möhkəm cansağlığı, könül xoşluğu, ölkəmizin inkişafı, doğma Qarabağımızın dirçəldilməsi, xalqımızın xoş gələcəyi naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə böyük, davamlı uğurlar arzulayıram.
Hörmətlə,
Hacı İsmayılov,
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti,
Azərbaycan Respublikası, Bakı şəhəri.