Möhtərəm cənab Prezident!

Zati-alinizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti və çoxminli tələbə kollektivi adından 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

8 Noyabr xalqımızın milli qürurunu, sarsılmaz iradəsini və tarixi ədalətin bərpasını təcəssüm etdirən əlamətdar bir tarixdir. Sizin rəhbərliyinizlə Azərbay­can Ordusunun

44 günlük Vətən müharibəsində qazandığı misilsiz Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpasına yol açmaqla yanaşı, dövlətimizin güc və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyinin tam bərqərar olması müasir tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. Bu gün üçrəngli bayrağımızın istisnasız olaraq bütün bölgələrimizdə, o cüm­lədən Qarabağda və Şərqi Zəngəzurda dalğalanması hər birimizin qəlbini son­suz qürur və iftixar hissləri ilə doldurur. Azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın möhtəşəm Zəfərdən genişmiqyaslı quruculuğa doğru inamla irəlilədiyini göstərir.

Cənab Prezident!

Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil strategiyasına uyğun olaraq, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, müasir bilik və baca­rıqlara yiyələnmiş gənclərin yetişdirilməsini özünün ən vacib missiyası hesab edir. İnanırıq ki, tarixi Zəfərin yaratdığı yeni reallıqlar, azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng quruculuq prosesləri gənc nəslin milli qürur və məsu­liyyət hissinin daha da güclənməsinə xidmət edəcəkdir.

Möhtərəm cənab Prezident!

Zati-alinizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın tərəqqisi, xalqımızın rifahı, dövlətimizin bey­nəlxalq mövqelərinin möhkəmlənməsi yönündə həyata keçirdiyiniz işlərdə Sizə yeni uğurlar arzulayırıq.

Qoy üçrəngli bayrağımız daim müstəqil Azərbaycanın səmasında dalğa­lansın, dövlətimizin qüdrəti və xalqımızın birliyi əbədi olsun!

Dərin hörmətlə,

Cəfər Cəfərov,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor,

Azərbaycan Respublikası, Bakı şəhəri.