Siqaret üzü niyə daha yaşlı göstərir?

Siqaret dərinin və hüceyrələrin qocalmasını sürətləndirərək insanı olduğundan daha yaşlı göstərir. Mütəxəssislərin sözlərinə görə, uzun müddət siqaret çəkənlər yaşıdlarından 5-10 yaş daha yaşlı görünə bilər.

Türkiyə mətbuatına istinadən, nevroloq-professor Derya Uludüz bildirir ki, siqaret kollagen və elastinin parçalanmasına, dəridə qırışların yaranmasına və hüceyrələrin zədələnməsinə səbəb olur.

Eyni zamanda, yaddaş, diqqət problemləri, demans və Alzheimer riskini də artıra bilər.

Mütəxəssis siqareti tərgitdikdən sonra orqanizmdə bərpa prosesinin başladığını, qan dövranı və dəri vəziyyətinin zamanla yaxşılaşdığını qeyd edir.

Qəmər, Bizim.Media