Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manat dəyərində istiqrazları dövlət qeydiyyatına alınıb.
Bu barədə qiymətli kağızların dövlət qeydiyyatına alınmasına dair məlumatda qeyd olunub.
Məlumata görə, Fondun hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd istiqrazı emissiya edilib. İstiqrazların ümumi nominal dəyəri 50 milyon manat təşkil edir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdirilib və 12 oktyabr 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb. Emissiyaya AZ2116008684 dövlət qeydiyyat nömrəsi verilib.
Qeyd edək ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ölkədə ipoteka kreditləşməsi sisteminin inkişafı, əhalinin mənzil əldə etmək imkanlarının genişləndirilməsi, eləcə də sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Fond ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini, sahibkarlıq kreditləri üzrə zəmanət və subsidiyaların verilməsini həyata keçirir.