İngiltərəli səyyah Karl Buşbi 28 il əvvəl Çilidən başladığı qitələrarası piyada yolçuluğunu başa vuraraq doğulduğu İngiltərəyə çatıb.
57 yaşlı səyyah 29 ölkəni geridə qoyaraq təxminən 60 min kilometr məsafə qət edib. O, piyada dünya turunu tamamlayan ilk insan kimi tarixdə yeni rekorda imza atıb.
1998-ci ildə 29 yaşında yola çıxan Buşbi 12 illik planlaşdırdığı səyahəti müxtəlif maneələr səbəbindən 28 ilə başa vurub. O, yolçuluq zamanı heç bir nəqliyyat vasitəsindən istifadə etməyib, hətta 2006-cı ildə Berinq boğazını buzların üzəri ilə yürüyərək və üzərək keçib.
Doğma Hall şəhərində böyük coşğu ilə qarşılanan səyyah 10 ildən sonra 75 yaşlı anasına qovuşub, 12 yaşlı nəvəsini isə ilk dəfə görüb. Qeyd edək ki, Karl Buşbi marşrut çərçivəsində 2025-ci ildə Türkiyədən də keçərək Avropaya adlamışdı.