Azərbaycanda günəbaxan yağlarının istehsal həcmi 35% artıb

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda təmizlənmiş günəbaxan tumu yağları üzrə istehsal olunan məhsul həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35% artıb.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumatlara əsasən, hesabat dövründə bu məhsulların həcmi 25 min 259,08 ton təşkil edib.

2025-ci ilin müvafiq dövründə isə göstərici 18 min 714,62 ton olub.

Beləliklə, bir il ərzində məhsulun həcmi 6 min 544,46 ton və ya təxminən 35% artıb.