Putin Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik etdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edərək prezidentin köməkçisi Yuri Trutnevi vəzifəsindən kənarlaşdırıb.

Fərman hüquqi aktların dərc edilməsi üçün rəsmi veb saytda yerləşdirilib.

Bundan əlavə, Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsindəki Səlahiyyətli Nümayəndəsi Oleq Kojemyako Təhlükəsizlik Şurasının yeni üzvü təyin edilib.