Bakı, 3 noyabr, AZƏRTAC8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq. Bu gün yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbəni deyil, xalqımızın onilliklər boyu yaşadığı ağrıların, itkilərin, məcburi köçkünlük həyatının və doğma torpaqlarına qayıtmaq həsrətinin sona çatmasını ifadə edir. Zəfər Azərbaycanın öz taleyini öz iradəsi ilə müəyyənləşdirdiyi, milli ləyaqətini və dövlətçilik gücünü bütün dünyaya nümayiş etdirdiyi möhtəşəm tarixi hadisədir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib.Deputat vurğulayıb ki, Azərbaycanın tarixi Zəfəri təsadüfi deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun, iqtisadi inkişafın, milli birliyin və prinsipial diplomatiyanın məntiqi nəticəsidir. Bu yolun təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik fəlsəfəsi dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kursun uğurla davam etdirilməsi Azərbaycanın hərbi, iqtisadi və diplomatik potensialını gücləndirərək tarixi Qələbəyə zəmin yaradıb. O xatırladıb ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi dönüş oldu. 44 gün ərzində Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və strateji rəhbərliyi, hərbçilərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi həlledici rol oynadı. “Dəmir yumruq” milli həmrəyliyin və dövlətə inamın rəmzinə çevrildi. Şuşanın azad edilməsi Zəfər tariximizin ən möhtəşəm səhifələrindən biridir. Şuşa Azərbaycanın milli kimliyini, tarixini və mənəvi dünyasını özündə yaşadan müqəddəs şəhərdir. Onun azadlığı həm hərbi, həm də mənəvi baxımdan böyük tarixi əhəmiyyət daşıyır. 2020-ci ildə ərazi bütövlüyümüzün bərpasından sonra 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam təmin edilib. Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması bu tarixi prosesin rəmzi hadisələrindən biri olub. Zəfərin əsas nəticələrindən biri də işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılmasıdır. Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Məktəblərin, xəstəxanaların, yolların, yaşayış məntəqələrinin və digər sosial obyektlərin inşası azad edilmiş ərazilərin gələcək inkişafına xidmət edir.Onun fikrincə, Zəfər yalnız qürur günü deyil, həm də böyük məsuliyyətdir. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailələrinə və qazilərə dövlət qayğısının davam etdirilməsi, qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. O, Azərbaycanın postmünaqişə dövründə də milli maraqlarını qətiyyətlə müdafiə etdiyini, regionda sülh və əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb. Bildirib ki, dayanıqlı sülh Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət əsasında qurulmalıdır. Deputat qeyd edib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası ilə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi nəticələr bir-birini tamamlayır. Bu davamlı siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, milli maraqlarının qorunmasına və tarixi Zəfərin qazanılmasına xidmət edib. O vurğulayıb ki, bu gün Qarabağda yüksələn Azərbaycan Bayrağı, yenidən qurulan şəhərlərimiz və doğma torpaqlarına qayıdan ailələrimiz Zəfərin canlı təcəssümüdür. Tarixi Qələbəmizin əsl davamı azad edilmiş ərazilərin inkişaf etdirilməsi, insanların firavan yaşayışının təmin olunması və güclü dövlətin gələcək nəsillərə ötürülməsidir.“Zəfər bizim tariximizdir, suverenlik dövlətimizin gücüdür, milli birlik isə gələcəyimizin ən böyük təminatıdır. 8 Noyabr xalqımızın yaddaşında Azərbaycanın öz taleyini öz iradəsi ilə müəyyənləşdirdiyi tarixi gün kimi əbədi yaşayacaq”, – deyə E.Akimova bildirib.
Bu gün
2721 xəbər bu gün
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.
İntizam Komitəsi Azərbaycan Kubokunun II təsnifat mərhələsinin matçlarındakı qayda pozuntuları ilə bağlı cərimə və cəza qərarlarını elan edib.
İranın rəsmi telekanalları və informasiya agentlikləri ehtimal edilən nüvə hücumu zamanı əhalinin riayət etməli olduğu təhlükəsizlik qaydalarını əks etdirən videoçarx nümayiş etdirib.
Bakının Yasamal rayonunda 50 yaşlı kişi ögey bacısına xəsarət yetirib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq …
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 noyabr tarixli Fərmanı ilə təsdiq …
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 noyabr tarixli Fərmanı ilə təsdiq …
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, …
Hörmətli cənab Prezident! Sizin Ali Baş Komandanlığınızla rəşadətli Azərbaycan Ordusunun …
İfrat sağçı israilli əks-etirazçı yəhudi etirazçıları II Dünya Müharibəsi dövrünə aid həbs düşərgələrinə göndərməklə hədələyir
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Cari ilin ilk 9 ayında icbari tibbi sığorta çərçivəsində əhaliyə ən çox ümumi tibbi müayinə, endokrin, qan dövranı, sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı tibbi xidmət göstərilib. Bu barədə News24.az-ın sorğusuna…
Belçikanın Baş naziri Bart De Vever hökumət daxilində yaranan büdcə fikir ayrılıqları səbəbindən istefasını təqdim edib.…
Milli Məclisin deputatı Hikmət Babaoğlunun yol hərəkəti nişanlarında istifadə olunan “STOP” sözünün Azərbaycan dilindəki qarşılığı ilə əvəzlənməsi təklifi ictimai müzakirələrə…
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də…
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun…
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatı ilə əlaqədar ölkə kubokunun bu günə planlaşdırılan oyunlarını təxirə salıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb…
Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Əsasnaməsi və strukturu təsdiq edilib. Dövlət Ehtiyatları Agentliyinin Aparatının…
Bakıda qadın canlı yayım zamanı dünyasını dəyişib. Hadisə Nizami rayonu ərazisində baş verib. 53 yaşlı S.T. yaşadığı evdə qəfil ölüb. Məlumata görə, S.T. hadisə zamanı "Tiktok" sosial şəbəkəsində canlı yayımda xəmir…
Bakının Ceyhun Hacıbəyli küçəsində yolun kənarına maneə qoyaraq avtomobillərin saxlanılmasına əngəl yaradan obyektlə bağlı məsələ nəzarətə götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki…
Noyabrın 2-də Zəfər həftəsi çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, əməkdaşları və tələbələri “44” bədii filminin nümayişində iştirak ediblər. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının…
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində kiberdələduzluq şəbəkəsinə qarşı əməliyyat keçirib. Keçirilən tədbir nəticəsində Azərbaycan…
İlham Əliyev
İlham Əliyev
Qərar
Elvin Xankişiyev
ABŞ tez-tez gerontokratiya - hakimiyyətin ölkə əhalisinin əksəriyyətindən xeyli yaşlı insanların əlində cəmləşdiyi bir idarəetmə sistemi kimi təsvir olunur. Niyə bu qədər az gənc amerikalı siyasətçi olur? Və siyasi…
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Сумма сделки составила €368 млн.
Книга «Война за Карабах: стратегия, технологии и победа» американских военных экспертов Лиама Коллинза и Джона Спенсера, представленная 3 ноября в Баку, получила высокие оценки известных...
Глава офиса президента Украины Кирилл Буданов заявил, что уже известно, что события на Петропавловской Борщаговке произошли не без влияния. Заявление опубликовано в его Telegram-канале. «Уже...
“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi” təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi” təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
"Kişi müəllimlərin məktəbə qaytarılması məsələsi hazırda gündəmdə olan məsələlərdəndir. Mən özüm kişi müəllim olaraq, tədris prosesinin iştirakçısı kimi hesab edirəm ki, ilk növbədə müəllimlərin maddi rifahının…
Rusiya “3+3” regional məsləhətləşmə formatının növbəti görüşünün yaxın vaxtlarda keçirilməsinə ümid edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə IV...
Bir vətəndaş sosial şəbəkə hesabında paylaşım edərək atasının kredit götürmək istəyinə bank tərəfindən imtina cavabı verildiyini bildirib. Onun sözlərinə görə, buna səbəb özünün kredit ödənişlərində gecikməsinin...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər.
В соответствии с планом мероприятий, утвержденным министром обороны Азербайджанской Республики на 2026 год, военными пилотами были выполнены учебно-тренировочные полеты. Как передает Day.Az, об этом сообщили в…
Президент Украины Володимир Зеленский прибыл в Берлин вместе с командой. В программе визита - встречи с канцлером и президентом Германии, а также председателем Бундестага. Как передает Day.Az, об этом он сообщил в своем…
В случае появления официальных заявлений о возможности применения ядерного оружия против Ирана последствия такого шага не ограничатся одним регионом.
Türkiyənin İstanbul Fond Birjasının keçmiş baş direktoru Korkmaz Ergün rüşvətxorluqda və cinayətkar qruplaşmada iştirak ittihamı ilə həbs edilib. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Oktyabrın 31-də o, kapital…