Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə dövlətçilik salnaməmizin ən şanlı səhifələrindən biridir. 8 Noyabr – Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin və torpaqlarımıza bağlılığımızın təcəssümüdür. Bu Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də uzun illər doğma torpaqlarımızda tədqiqat aparmaq imkanından məhrum olmuş alimlərimizin həmin ərazilərə qayıdışı ilə əlamətdardır. İşğaldan azad edilmiş ərazilərdə elmi fəaliyyətin bərpası Azərbaycan botanika elmi üçün yeni mərhələnin başlanğıcıdır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva bildirib.Professor qeyd edib ki, Botanika İnstitutu tərəfindən Qarabağ florasının öyrənilməsi istiqamətində ekspedisiya materiallarının toplanması, herbari nümunələrinin araşdırılması, elmi məlumatların elektron bazalarda sistemləşdirilməsi və müxtəlif bitki qruplarının bioekoloji xüsusiyyətlərinin tədqiqi istiqamətində işlər aparılır. İnstitutun elmi fəaliyyətində rəqəmsallaşdırma istiqaməti də mühüm yer tutur. Hazırda Herbari Fondunun 21 min 200 nümunəsi virtual bazaya yerləşdirilib. Onlardan 10 min 500-ü Qarabağ ərazilərinə aiddir. Bu məlumatlar regionun bitki müxtəlifliyinin sənədləşdirilməsi, elmi tədqiqatların davamlılığı və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Qarabağın təbiətinin öyrənilməsi yalnız mövcud bitki növlərinin qeydə alınması ilə məhdudlaşmamalıdır. Burada təbii ekosistemlərin vəziyyətinin qiymətləndirilməsi, antropogen təsirlərin araşdırılması, deqradasiyaya uğramış ərazilərin bərpası və nadir növlərin mühafizəsi də kompleks yanaşma tələb edir. Bu istiqamətdə aparılan elmi araşdırmalar regionun ekoloji tarazlığının qorunmasına və təbii sərvətlərdən səmərəli istifadəyə xidmət edir. O, həmçinin qeyd edib ki, Qarabağın botaniki irsinin gələcək nəsillərə çatdırılmasında elmi nəşrlərin xüsusi rolu var. Bu baxımdan “Qarabağ florası” adlı 900 səhifəlik fundamental əsər regionun bitki aləminin öyrənilməsi istiqamətində mühüm elmi mənbə kimi dəyərləndirilir. Nəşrdə aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi Qarabağın zəngin təbii irsinin elmi dövriyyəyə daxil edilməsinə imkan yaradır. Zəfərdən sonra alimlərin üzərinə düşən məsuliyyət daha da artıb. Çünki azad edilmiş torpaqlarda elmi tədqiqatların aparılması, təbii sərvətlərin qorunması və əldə olunan nəticələrin ictimaiyyətə çatdırılması ölkənin gələcək inkişafına xidmət edən mühüm istiqamətlərdəndir.İnstitut direktoru əlavə edib ki, Zəfər Gününün mahiyyəti yalnız qazanılmış tarixi Qələbəni xatırlamaq deyil, həm də azad edilmiş torpaqlarda quruculuq, inkişaf və elmi tərəqqi naminə görülən işləri dəyərləndirməkdir. Qarabağın hərtərəfli öyrənilməsi, onun təbii və bioloji sərvətlərinin qorunması Azərbaycanın gələcək inkişafına, milli irsinin zənginləşdirilməsinə xidmət edir.Qarabağın təbiəti xalqımızın minilliklər boyu formalaşmış milli sərvətinin bir parçasıdır. Bu sərvətin elmi əsaslarla öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi Zəfərin yaratdığı imkanlardan səmərəli istifadənin göstəricisidir. Bu gün alimlərin apardığı tədqiqatlar azad Qarabağın yalnız iqtisadi və sosial deyil, həm də elmi və ekoloji dirçəlişinə xidmət edir. “Zəfər bizə doğma torpaqlarımıza qayıtmaq, onların zəngin təbiətini yenidən öyrənmək və elmi irsimizi genişləndirmək imkanı qazandırdı. Bu gün hər bir alim öz fəaliyyəti ilə azad Qarabağın inkişafına, təbii sərvətlərinin qorunmasına töhfə verməlidir. İnanırıq ki, apardığımız tədqiqatlar gələcək nəsillər üçün dəyərli elmi xəzinəyə çevriləcək”, – deyə professor Səyyarə İbadullayeva bildirib.Müxbir -Tünzalə Arazlı
Bu gün
4211 xəbər bu gün
ABŞ-də Konqresə keçirilən aralıq seçkilərdə səsvermə prosesinə start verilib. Artıq bir sıra ştatlarda seçki məntəqələri fəaliyyətə başlayıb. Bu barədə “RİA Novosti” məlumat...
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. Redaktor.az xitab24.az-a istinadən xəbər...
UEFA Çempionlar Liqasının liqa mərhələsində Türkiyənin "Qalatasaray" klubu doğma meydanda Almaniyanın "VfB Ştutqart" komandasını qəbul edib. Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə...
2026-cı ilin III rübünün sonuna Azərbaycanda depo hesablarının sayı 196,7 minə çatıb. Bu, II rübün sonu ilə müqayisədə 1 964 hesab və ya təxminən 1% çoxdur. Bu barədə Milli Depozit Mərkəzi (MDM) məlumat yayıb. Hesabat…
Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün vergi uçotuna alınıb. DVX-dən bildirilib…
Sərgi
Asif Təyibov
Todan kəndi ərazisində
DİN
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qalatasaray" azarkeşlərini sevindirən nəticəyə imza atıb. Türkiyə klubu doğma meydanda Almaniyanın "Ştutqart" komandasını 2:0 hesabı ilə məğlub edib. İstanbulda keçirilən…
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. Xitab24.az-a istinadən, Sumqayıt Ağır…
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb.
UEFA Çempionlar Liqasının liqa mərhələsində Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Ştutqart"ı qəbul edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Şirvanşahlar Sarayı Kompleksində təqdim olunan "Sayrışan simvollar" adlı sərgidən paylaşım edib.
Gürcüstanlı müğənni Dato Xujadze Azərbaycan mətbəxinə aid yeməkləri çox sevdiyini bildirib. Sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb: "Azərbaycan mətbəxinə aid hər şeyi çox sevirəm. Ən əsası isə buranın əti…
İran hakimiyyəti Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazından gəmilərin keçidinə tətbiq edilən məhdudiyyətlərdən azad edib. Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin…
Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb. Azərbaycan çempionu olan Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olub…
Gün ərzində Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunub.Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.O da qeyd olunub ki, xüsusən də noyabr ayında dumanlı havanın…
Представитель МИД Ирана Эсмаил Багаи заявил, что переговоры с США пока не принесли результатов, а прежняя позиция Вашингтона не позволяет Тегерану рассчитывать на дипломатическое урегулирование....
Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Ərazidə istirahət mərkəzinə giriş…
İtaliya hakimiyyəti ABŞ və İran arasında gərginliyin artması ilə əlaqədar vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib. Bu barədə İtaliya hökumətinin yenilənmiş təhlükəsizlik xəbərdarlığında bildirilib. Qeyd…
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində “Qalatasaray” (Türkiyə) evdə “Ştutqart”ı (Almaniya) qəbul edib. İstanbulda keçirilən matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.…
Bakı, 3 noyabr, AZƏRTAC Tanınmış ədəbiyyatşünas alim, Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Nurbay Cabbarovun böyük şair və mütəfəkkir Əlişir Nəvainin həyat və yaradıcılıq irsinin…
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Qalatasaray" (Türkiyə) evdə "Ştutqart"ı (Almaniya) qəbul edib.
Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı qız evdən çıxıb və geri qayıtmayıb.
Yunanıstanın Siroz adasının limanında İsrailə məxsus “Crown Iris” kruiz gəmisində bomba məlumatı ilə əlaqədar yoxlama aparılır.
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə təyin edilməsini təklif edib.
Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева опубликовала на своей официальной странице в Instagram публикацию, посвященной встрече с народным артистом России Геннадием Хазановым. Как передает Day.Az, в публикации…
В Телеграм-канале "Бакинский Бурила" размещена публикация о продолжении Бельгией бизнеса в Конго. Day.Az представляет публикацию: Интересное исследование, которое подготовили в Бельгии... и саму же Бельгию выставили в…
Германский автоконцерн Mercedes-Benz продал свою европейскую сеть быстрых зарядных станций для электромобилей. Покупателем активов стал французский оператор зарядной инфраструктуры Electra. Как передает Day.Az со ссылкой…
Qrenlandiya parlamenti çərşənbə axşamı ABŞ Prezidenti Donald Trampla bu ilin əvvəlində əldə edilmiş təhlükəsizlik sazişini ratifikasiya edib. Bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, ABŞ, Danimarka və…
İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai Tehranla Vaşinqton arasında razılaşmada yeni irəliləyişin olmadığını açıqlayıb. Bu barədə XİN nümayəndəsi dövlət televiziyasına açıqlamasında deyib. O…
Ermənistanın Araqatsotn vilayətində 4 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, hadisə axşam saatlarında İrəvan - Vanadzor…
"Sportinq" Lissabon UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Şaxtyor" Donetski məğlub edib. Qarşılaşma İngiltərənin "Stemford Bric" stadionunda baş tutub və Portuqaliya təmsilçisi 1:0 hesablı qələbə...
3 noyabr çərşənbə axşamı keçirilən ticarət sessiyasında Şimal dənizi “Brent” markalı xam neftinin birja qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib. Bu haqda “Investing” məlumat...
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "instagram" səhifəsində Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşündən paylaşım edib. Paylaşımda deyilir: "Gennadi…
"Binance" təxminən 6,34 milyard dollarlıq kriptovalyuta oğurlayan hakerlərin sxeminin təfərrüatlarını açıqlayıb.
Türkiyənin paytaxtı Ankarada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin altıncı ildönümü qeyd olunub.
İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. Videoda qeyd olunan faktlar tarixin təhrif olunmasına gətirib çıxarıb. İrəvan şəhərini təsvir edən…