İspaniya Kral Futbol Federasiyasının prezidenti Rafael Lusan 2030-cu il Dünya Kuboku finalının yenidən qurulmuş “Kamp Nou” stadionunda keçirilməsini istəyir.
Federasiya rəhbəri bu barədə İspaniya mətbuatına danışıb:
“Barselona meri artıq 2030-cu ildə finalın burada olmasını istədiyini bildirib. Ümid edirəm ki, belə olacaq, bunun üçün bütün imkanlar var”.
Lusan həmçinin xatırladıb ki, bu stadion 2029-cu ildə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
“Tədbirin uğurlu keçməsini və hər kəsin Avropanın ən yaxşı stadionu olacaq bu arenanı görə bilməsini təmin etmək üçün səylərimizi Barselona, şəhər administrasiyası və RFEF ilə əlaqələndiririk”.