Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz və Ali Baş Komandanlığınızla Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birinə çevrilmişdir. Tarixi Qələbə milli birliyimizin, dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir.
Zəfərimizin tarixi nəticələrinin qorunması, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz siyasətə görə Sizə minnətdarlığımı bildirirəm.
Bu böyük Qələbənin qazanılması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayır, Azərbaycan Ordusunun qəhrəmanlığı qarşısında ehtiramımı bildirirəm.
Möhtərəm cənab Prezident, Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycanımızın tərəqqisi və xalqımızın firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Qarabağ Azərbaycandır!
Dərin hörmət və ehtiramla,
Ramil Namazov, iqtisad üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.