“TikTok”da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.
Bu, “Raufizm” ləqəbi ilə tanınan Rauf Ağaquliyevdir.
Əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, əməlin etiraf edən R.Ağaquliyev 1 ay müddətinə inzibati qaydada həbs olunub.