"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

Bu gün latın ədəbiyyatının gümüş dövrünün önəmli siması, antik romalı şair Mark Anney Lukanın doğum günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Avaralıq və işsizlik həmişə qəlblərdə qərarsızlıq və dəyişkənlik yaradır.

***

Əgər görüləsi bir iş belə qalıbsa, deməli, hələ heç nə edilməyib.

***

Faydadan ədalətə qədər olan məsafə yerlə ulduzlar arasındakı məsafə qədər uzaqdır.

***

Fani olan hər şey təsadüflərə məruz qalır.

***

Uğur qazanan insan heç vaxt elə düşünməməlidir ki, onu öz şəxsi keyfiyyətlərinə görə sevirlər.

***

Güc ədalətin və hüququn meyarında çevrildi.

***

Pompey döyüşlərdən sonra da yaşayır, lakin onun bəxti və taleyi məhv olmuşdur.

***

Cinayət özünə bulaşdırdığı bütün insanları eyni səviyyəyə salır.

***

Həyat üçün nəyin kifayət etdiyini və təbiətin necə də az şeyə ehtiyacı olduğunu öyrənin!

***

Cəsarət, nə qədər böyük olursa-olsun, qorxunun maskasıdır.

***

Ac kölə ağası üçün təhlükəlidir.

***

Səbəblər zənciri kainatın yarandığı ilk andan bəri davam edir.

***

Minlərlə insanın törətdiyi cinayət həmişə cəzasız qalır.

***

Kişilər üçün ən böyük bəxşiş necə ölməyi bilməkdir, ikincisi isə məcburi ölümdür.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva