Bu il oktyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib.
Quruma istinadən, bu, sentyabrın 30-u ilə müqayisədə 0,4 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 34 %, son 1 ildə isə 35,7 % artıb.