Bakı, 3 noyabr, AZƏRTAC “Sinifdə məlumatın dəyərləndirilməsini təşviq edən strategiyalar” adlı metodik vəsait müəllimlərin istifadəsinə verilib. Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, vəsaitdə IEA-nın Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatının (ICILS) 2023-cü il üzrə nəticələri təqdim olunur.Metodik vəsaitdə şagirdlərin təhsil və rəqəmsal mühitdə səmərəli fəaliyyət göstərmələri üçün zəruri olan məlumatları dəyərləndirmək bacarıqlarının inkişafını dəstəkləyən nümunələr yer alıb. Vəsait müəllimlərə dərs prosesində şagirdlərin məlumatı təhlil etmək, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarıqlarının formalaşdırılmasına kömək məqsədi daşıyır. Metodik vəsaitlə buradan tanış olmaq mümkündür.