Neft Fondundan dövlət büdcəsinə 180 milyard manat transfert edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı il 30 sentyabr tarixinə ümumi 180 mlrd. 040,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Bu barədə Dövlət Neft Fondundan məlumat verilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 mlrd. 628 mln. manat transfert edilib.

Əlavə etmək lazımdır ki, bu il sentyabr ayının 30-na ARDNF-in aktivləri 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil edib.