Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb.
Bu barədə Ermənistan mediası Baş nazirin mətbuat katibi Melaniya Arutyunyana istinadən məlumat yayıb.
N.Paşinyan "Avropanın gələcəyi" şüarı altında keçiriləcək "Aİ-nin genişlənməsi üzrə Sammit 2026"da iştirak edəcək.
Səfər zamanı, həmçinin xarici tərəfdaşlarla ikitərəfli görüşlər planlaşdırılır.