İranın Qeşm adasında və yaxınlıqdakı yaşayış məntəqələrində bir neçə partlayış səsi eşidilib.
“Fars” agentliyinə istinadən, yerli sakinlər Henqam adasında və Bəndər-Abbasda da partlayış səsləri eşidiblər.
Partlayış xəbərlərindən təxminən bir saat əvvəl SEPAH ABŞ-a məxsus iki kəşfiyyat dronunun ələ keçirildiyini, daha bir pilotsuz uçuş aparatının isə vurulduğunu açıqlayıb.
Agentlik partlayışlarla dronlara qarşı əməliyyat arasında əlaqə olub-olmadığı barədə məlumat verməyib.
Əlavə təfərrüatların açıqlanacağı bildirilib.