Qazaxıstan hücuma görə neft nəqlini dayandırdı

Samara istehsalat-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumdan sonra Atırau–Samara magistral neft kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb.

Bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum noyabrın 2-nə keçən gecə baş verib. Bununla əlaqədar neftin nəqli dayandırılıb. Hazırda müvafiq xidmətlər infrastrukturun texniki vəziyyətini qiymətləndirirlər:

“Neftin bu istiqamət üzrə qəbulunun yaxın vaxtlarda bərpası gözlənilir”.

Nazirlik vəziyyətin nəzarət altında olduğunu və əlavə məlumat veriləcəyini qeyd edib.