Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisinin adı bəlli olub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, İstanbul komandası portuqaliyalı Serxio Konseysao ilə razılığa gəlib. Belə ki, 51 yaşlı baş məşqçinin müqaviləsinin müddəti 1,5 illik olacaq.
Qeyd edək ki, "Fənərbağça" bir neçə gün öncə İsmayil Kartalla yollarını ayırıb.