Noyabrın 4-dən 5-nə keçən gecə “Sabah” Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində “Vikinq”in qonağı olacaq. Norveç klubu rəsmi saytında “bayquşlar”ı tanıdıb.
Yazıda diqqəti çəkən məqam “Vikinq”in “Sabah”da ehtiyatlanmalı olduğu futbolçularını xüsusi qeyd olunmasıdı. Norveçlilər “bayquşlar”ın bir neçə oyunçusunu özləri üçün təhlükə mənbəyi kimi görürlər.
Velko Simiç “Sabah”ı liqa mərhələsinə daşıyan yolda ən vacib futbolçulardan biri olub. Serbiyalı təsnifat mərhələlərində səkkiz oyunda 6, həmçinin ötən mövsüm yerli liqada 11 qol vurub.
Coy-Lens Mikels "Vikinq”in ehtiyatlandığı digər oyunçudu. Vinger ötən mövsüm klubun yerli liqada ən çox (19) qol vuran oyunçusu olub, artıq özünü ən böyük səhnədə göstərib. “Slaviya” üzərindəki 2:0 hesablı qələbədə qollardan birini vurub və matçın ən yaxşı oyunçusu seçilib.
Müdafiənin sol cinahında Avropa təcrübəsi olan Polşa millisinin futbolçusu Timoteuş Puxaç var. Cinah müdafiəçisi komandaya həm təcrübə, həm də hücum gücü qatır.