İranda terrorun qarşısı alındı: saxlanılanlar var

İranın Sistan və Bəlucistan vilayətində terror aktının qarşısı alınıb.

Bu barədə SEPAH məlumat yayıb.

"Bu qrup bölgədə yerləşdirilmiş təhlükəsizlik qüvvələrinin qərargahlarına qarşı terror əməliyyatı həyata keçirməklə yanaşı, Zərabad-Kənarak yolunu bağlamağı planlaşdırırdı, lakin vaxtında atılan addımla Sistan və Bəlucistan vilayətinin sakinlərinin təhlükəsizliyinə xələl gətirmək mümkün olmayıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, əməliyyat zamanı terrorçulardan biri öldürülüb, bəziləri saxlanılıb, digərləri isə qaçmağa nail olublar. Həmin şəxslərin təqibi davam etdirilir.