Mənzil alarkən alıcıların diqqət yetirməli olduğu mühüm məsələlərdən biri də həmin ünvanda başqa şəxslərin qeydiyyatda olub-olmamasıdır. Bəzən vətəndaş yeni mənzil əldə etsə də, əvvəlki mülkiyyətçinin ailə üzvləri və ya qohumları hələ də həmin ünvanda qeydiyyatda qalırlar. Bu isə yeni sahib üçün müəyyən hüquqi və praktiki çətinliklər yarada bilər. Xüsusilə qeydiyyatda olan şəxs mənzildən çıxmaq istəmədikdə və ya qeydiyyatını başqa ünvana dəyişmədikdə məsələ daha da mürəkkəbləşir.Belə vəziyyətlə qarşılaşan mülkiyyətçilər çox vaxt düşünürlər ki, çıxarış əldə etdikdən sonra həmin şəxsləri avtomatik olaraq qeydiyyatdan çıxara bilərlər. Lakin məsələ bu qədər sadə deyil. Mənzilə mülkiyyət hüququnun əldə edilməsi ilə həmin ünvanda qeydiyyatda olan şəxsin qeydiyyatının ləğvi ayrı-ayrı hüquqi prosedurlardır. Yeni mülkiyyətçi mənzilin sahibi olsa da, başqa şəxsin qeydiyyatını özbaşına və birbaşa sistem üzərindən ləğv etmək səlahiyyətinə malik deyil.Oxu24.com xəbər verir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişən vətəndaşın yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət və qaydalar mövcuddur. Təqdim olunan hüquqi izaha görə, şəxs yeni yaşayış yerinə köçdükdən sonra 10 gün ərzində qeydiyyat məsələsini həll etməlidir. Bu öhdəliyin yerinə yetirilməməsi İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola bilər. Belə pozuntuya görə 30 manat məbləğində cərimə nəzərdə tutulduğu bildirilir.Ancaq burada mühüm bir məqam var: inzibati cərimənin tətbiq edilməsi həmin şəxsin əvvəlki ünvandan avtomatik qeydiyyatdan çıxarılması demək deyil. Yəni şəxs qeydiyyat qaydalarını pozduğuna görə cərimələnsə belə, bu, yeni mülkiyyətçinin qarşılaşdığı problemin öz-özünə həll olunmasına gətirib çıxarmır.Qanunvericiliyə əsasən, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün ayrıca hüquqi əsas olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində qeydiyyatdan çıxarılmanın əsasları müəyyən edilib. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya həmin sahədən istifadə hüququnu itirməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarıdır. Buna görə də mülkiyyətçi problemin həlli üçün hüquqi prosedura müraciət etməli, konkret vəziyyətdə həmin şəxsin mənzildən istifadə hüququnun olub-olmadığını aydınlaşdırmalıdır.Belə hallarda mülkiyyətçi ilk növbədə aidiyyəti polis orqanına və ya qeydiyyat məsələlərinə baxan müvafiq quruma rəsmi müraciət edə bilər. Müraciətdə mənzilin yeni sahibinin özü olduğunu təsdiqləyən sənədlər təqdim edilməli, əvvəlki sakinin həmin ünvanda qeydiyyatda qalmasının qanuni əsasları araşdırılmalıdır. Əgər qeydiyyat orqanı şəxsin qeydiyyatdan çıxarılmasından imtina edərsə, bu qərarın və ya hərəkətsizliyin qanuniliyinin qiymətləndirilməsi üçün məhkəməyə müraciət etmək mümkün ola bilər.Məhkəmə prosesində əsas məsələ yalnız mənzilin yeni sahibinin kim olması deyil, qeydiyyatda qalan şəxsin həmin yaşayış sahəsindən istifadə hüququnun davam edib-etməməsidir. Çünki yaşayış yeri üzrə qeydiyyat özlüyündə mülkiyyət hüququ yaratmadığı kimi, qeydiyyatda olan hər bir şəxsin hüquqlarının bütün hallarda avtomatik olaraq aradan qalxması da demək deyil. Şəxsin mənzildə yaşamaq və ya ondan istifadə etmək üçün ayrıca hüquqi əsası varsa, bu hal məhkəmə tərəfindən nəzərə alınmalıdır.Məhkəmə işin hallarını, mülkiyyət sənədlərini, əvvəlki razılaşmaları və qeydiyyatda olan şəxsin hüquqi vəziyyətini araşdırdıqdan sonra müvafiq qərar qəbul edə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı qeydiyyat orqanı üçün müvafiq hüquqi əsas yaradır və qərarın məzmunundan asılı olaraq şəxsin həmin ünvandakı qeydiyyatının ləğvi təmin edilə bilər.Bununla yanaşı, mənzil almaq istəyən şəxslərə alqı-satqıdan əvvəl həmin ünvanda qeydiyyatda olan şəxslərin olub-olmadığını dəqiqləşdirmək tövsiyə olunur. Bu məsələni müqavilə bağlanmazdan əvvəl araşdırmaq sonradan yarana biləcək məhkəmə çəkişmələrinin və əlavə xərclərin qarşısını ala bilər.Beləliklə, yeni mənzil alan şəxsin qarşısına əvvəlki sakinin qeydiyyatda qalması problemi çıxarsa, məsələni yalnız inzibati cərimə ilə həll etmək mümkün deyil. Əsas diqqət qeydiyyatda olan şəxsin yaşayış sahəsindən istifadə hüququnun olub-olmamasına yönəldilməli, qeydiyyatın ləğvi isə qanunvericilikdə nəzərdə tutulan əsaslar və müvafiq prosedur çərçivəsində həyata keçirilməlidir.Turan Etibaroğlu
Bu gün
165 xəbər bu gün
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran münaqişənin dayandırılması barədə Vaşinqtonla ən qısa zamanda razılıq əldə etməyə çalışır. Bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb. "İran ən qısa…
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu24.com-a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı…
"İran ABŞ tərəfindən mümkün yeni hücumlar baş verəcəyi təqdirdə Yaxın Şərq regionundan kənarda yerləşən hərbi bazaları hədəfə ala bilər".
Tənhalıq insan sağlamlığına mənfi təsir göstərərək ürək-damar xəstəlikləri riskini artıra bilər.
İnsanın yuxuya getməsi üçün sərf etdiyi vaxt onun yuxu keyfiyyəti və ümumi sağlamlığı barədə müəyyən məlumat verə bilər. Mütəxəssislərin fikrincə, normal yuxuya getmə müddəti 10-20 dəqiqə hesab olunur.
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı ilin rəmzi yığmasına daxil olmaq üçün namizədlərin siyahısını açıqlayıb. Bu barədə "FIFPro"nun rəsmi saytında məlumat verilib. Siyahıya…
ABŞ-nin vitse-prezidenti Cey Di Vens münaqişəyə son qoyulması məqsədilə Vaşinqton və Tehran arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini bildirib. Cey Di Vens…
Vaşinqton, 3 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurma ehtimalının azalması fonunda dünya bazarında neftin qiymətinin kəskin aşağı düşdüyünü bildirib.AZƏRTAC xəbər verir ki, Tramp bu barədə…
Böyük Britaniya hökuməti daimi yaşayış icazəsi almaq üçün standart gözləmə müddətini 5 ildən 10 ilə çatdırmağı planlaşdırır. Dəyişiklik qəbul olunarsa, yüzminlərlə əcnəbinin ölkədə daimi yaşamaq hüququ əldə etməsi…
Mixail Ginzburq
Gecə saatlarında qonşu mənzildən gələn yüksək səslər sakinlərin haqlı narazılığına səbəb olur. Bəs səs-küyün mənbəyi azyaşlı uşaqdırsa, valideynlər məsuliyyət daşıyırmı? Qonşular bu halda polisə şikayət edib…
Bakıda doğulan, Xankəndidə böyüyən erməni rəqqas Arsen Aqamalyan 44 ildən sonra Bakıya gəlib. İctimai TV xəbər verir ki, ikiqat dünya və üçqat Avropa çempionu olan rəqqas "Azerbaijan Dance Festival 2026" beynəlxalq rəqs…
Yuxuya getmə müddəti insanın sağlamlığı haqqında vacib məlumat verə bilər. Mütəxəssislərin fikrincə, ideal vaxt 10-20 dəqiqədir. Davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerupun sözlərinə görə, yuxuya çox…
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. “Bakupost” xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi…
Efiopiyanın şimalında davam edən hərbi əməliyyatlar regionun səhiyyə sisteminin fəaliyyətini təhlükə altına alır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial…
Avropanın azı yeddi ölkəsində soyuducu avadanlıqlara edilən kiberhücum nəticəsində onmilyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb. TASS xəbər verir ki, hadisə noyabrın 2-nə keçən gecə baş verib. Hücum…
Mütəxəssislər gündəlik həyatda istifadə olunan bəzi məhsulların və əşiyaların xərçəng riskini artıra biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. “Health” nəşrinə müsahibə verən həkimlər Cey Lutar və Deril Eber mənzillərdəki…
"Ermənistandakı müxalifət qüvvələri öz təkliflərini irəli sürsünlər. Müstəqillik Bəyannaməsinin preambulasında köhnəlmiş hədəflər olduğu halda, onun yeni konstitusiyada xatırlanmasının bizə nə verəcəyini izah etsinlər"…
Şəki rayonunda 37 yaşlı kişi borc üstündə yaranan mübahisə zamanı həmkəndlisinə xəsarət yetirib.
Bakı, 3 noyabr, AZƏRTAC Oman sahillərində naməlum mərmi ilə vurulan gəmi batıb.AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.Bildirilib ki…
Qazaxıstanın Atırau şəhərində dövlət çevrilişinin qarşısı alınıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.Məlumata görə, qruplaşma üzvləri Qazaxıstanın qərbində konstitusiya quruluşunu zorakılıqla…
Ukraynanın Kiyev vilayətində, Petropavlivska Borshchahivka kəndində yerli sakinlər hərbi hissədən qaçmış əsgərlərin saxlanıldığı iddia edilən fərdi evin pəncərələrini kərpiclə vuraraq sındırıblar.
Fransa həbsxanalarında saxlanılan məhbusların sayı yenidən rekord həddə yüksəlib. Oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə məhbusların sayı 90 900 nəfərə çatıb.
İranın ali rəhbəri
İranda
Noyabrın 12-17-də Mars, Yupiter və Ayın enən düyünü Şir bürcündə birləşərək Əqrəb bürcündə Günəşə gərgin bir aspekt yaradır. Mars münaqişəni, qətiyyətli hərəkəti və təcavüzü təmsil edir. Yupiter toxunduğu hər şeyi…
Polşada Konstitusiya Tribunalının vəzifəsindən kənarlaşdırılmış sədri Boqdan Şvençkovski ölkədə dövlət çevrilişinin baş verdiyini iddia edib. O, “Kanal Zero”nun “YouTube” kanalına müsahibəsində məsələni ciddi qəbul…
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ və İran arasında münaqişənin dayandırılması ilə bağlı keçirilən məsləhətləşmələrdə müəyyən irəliləyiş əldə olunduğunu bildirib. Vens bu barədə Vaşinqton yaxınlığındakı Endryus…
Noyabr ayında bürclər üçün sevgi, karyera və maliyyə sahələrində müxtəlif yeniliklər və dəyişikliklər gözlənilir. Qoç, Şir və Balıqlar üçün iş həyatında yeni imkanlar və karyera yüksəlişi ön plana çıxacaq.
Qətərin nümayəndə heyəti ABŞ-la mümkün razılaşmanı müzakirə etmək üçün İranın paytaxtı Tehrana yola düşüblər
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ və İran arasında münaqişənin dayandırılması ilə bağlı keçirilən məsləhətləşmələrdə müəyyən irəliləyiş əldə olunduğunu bildirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus iki MQM-170 tipli kəşfiyyat PUA-sının Qəşm adasının cənubunda ələ keçirildiyini açıqlayıb
Oman sahillərində gəmi naməlum mərminin zərbəsinə məruz qalıb. Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb. Məlumata…
Rusiyanın Həştərxan şəhərindəki aeroportda gömrük əməkdaşları 64 yaşlı əcnəbini saxlayıblar.
Noyabrın 3-də Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir işləri aparılacaq.
Mənzil alarkən alıcıların diqqət yetirməli olduğu mühüm məsələlərdən biri də həmin ünvanda başqa şəxslərin qeydiyyatda olub-olmamasıdır. Bəzən vətəndaş yeni mənzil əldə etsə də, əvvəlki mülkiyyətçinin ailə üzvləri və ya…
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı ilin rəmzi yığmasına daxil olmaq üçün namizədlərin siyahısını açıqlayıb. Bu barədə "FIFPro"nun rəsmi saytında məlumat verilib. Siyahıya…
ABŞ-nin Florida ştatında 9 nəfərin ölümü ilə nəticələnən “Learjet 60” markalı özəl biznes təyyarəsinin qəzaya uğraması zamanı səsyazısı üzə çıxıb. Pilot qəza anından əvvəl təyyarənin sürətlə düşdüyünü bildirib. “Dəqiqədə…
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə…