Köməkçisi Flora Kərimovadan danışdı: “Çox adamı qonaq qəbul etmir”

“Flora xanımın səhhəti qaydasındadır, vaxtaşırı müayinə olunur. Bağ havası ona yaxşı təsir edir”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.

O, müğənninin hazırkı durumunu açıqlayıb:

“Həkimlər evə gəlib onu müayinə edirlər, vəziyyətini nəzarətdə saxlayırlar. Bağda gəzir, sosial şəbəkələrdən istifadə edir. Çalışırıq ki, darıxmasın. Yaşı və səhhəti ilə əlaqədar çox adamı qonaq qəbul edə bilmir”.

Qeyd edək ki, 85 yaşlı Xalq artisti Flora Kərimova aylar öncə səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətindədir.