Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov Qazaxıstan keçirilən “Süni zəka dövründə elm: əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda MDB ölkələri alimlərinin VI forumunda iştirak edib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, Almatı şəhərində təşkil olunan forumda S.Qəhrəmanov “Sosial və humanitar elmlərdə süni intellekt: cəmiyyət, mədəniyyət, təhsil və dövlət idarəçiliyi” adlı dəyirmi masada “Süni intellekt dövründə akademik nəşriyyat: yeni imkanlar və çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. O, elmi məruzəsində süni intellektin redaksiya-nəşriyyat işlərinin təşkili, elmi nəşrlərin beynəlxalq əlçatanlığının artırılması üçün geniş imkanlar yaratdığını, rəqəmsal texnologiyaların sürətli inkişafının akademik nəşriyyatın ənənəvi fəaliyyət istiqamətlərini dəyişdirərək ona yeni məzmun qazandırdığını bildirib. Həmçinin süni intellektin akademik nəşriyyata inteqrasiyasında yaranan elmi və etik çağırışlardan da danışıb. Qeyd edib ki, elmi informasiyanın etibarlılığı, müəlliflik və elmi məsuliyyət məsələlərinə ciddi diqqət yetirilməli, akademik dəyərlərin qorunması başlıca istiqamət olmalıdır. S.Qəhrəmanov AMEA-da süni intellektin elmi fəaliyyətə inteqrasiyasının aktual istiqamətlərdən olduğunu bildirib. Akademiyada süni intellektin humanitar və ictimai elmlərdə tətbiqi genişləndiyi üçün ingilis dilində “Journal of Artificial Intelligence in Humanities and Social Sciences” adlı elmi nəşrin təsis olunduğunu vurğulayıb. Əlavə edib ki, bu təşəbbüs yeni tədqiqat metodlarının müzakirəsi, fənlərarası əməkdaşlıq və beynəlxalq elmi kommunikasiyanın inkişafı üçün mühüm platforma formalaşdırmaq məqsədi daşıyır. AMEA-nın DərgiPark platforması haqqında da məlumat verən S.Qəhrəmanov bildirib ki, bu elektron resurs akademik nəşrlərin vahid rəqəmsal mühitdə toplanmasında, idarə olunmasında və elmi məqalələrin daha geniş auditoriyaya çatdırılmasında geniş imkanlar yaradır. Belə elmi platformalar müasir tədqiqat istiqamətlərinin formalaşmasına, elmi nəticələrin beynəlxalq səviyyədə müzakirəsinə və akademik nəşriyyatın rəqəmsal transformasiyasına töhfə verir. Forumun Səbuhi Qəhrəmanova sertifikat və hədiyyələr təqdim olunub.
Bu gün
2848 xəbər bu gün
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Redaktor.az xəbər…
Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə “Dəmir Yolları…
"Sabah ABŞ-də aralıq seçkiləri keçiriləcək. Hər iki palataya eyni vaxtda seçkilər keçiriləcək. Nümayəndələr Palatasına 435 konqresmen seçilməlidir. Daha 35 nəfər isə Senata seçiləcək. Onların təqribən 20-si…
Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.
Belçikanın Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı koalisiya danışıqlarının nəticəsiz qalması səbəbindən istefa ərizəsini krala təqdim edib.
Azərbaycanın investisiya potensialı çox genişdir. Ölkənin əsas üstünlüklərindən biri onun istehsal, logistika və ticarət imkanlarını bir platformada...
Azərbaycan qadını yalnız ailənin və cəmiyyətin mənəvi dayağı deyil, eyni zamanda, ictimai-siyasi proseslərdə fəal iştirak edən, maarifçilik hərəkatına...
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb.Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Hesablama Palatası "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəy verib.Redaksiya bu barədə Palataya istinadən xəbər verir.
Əllərinizdə həddindən artıq duz qəbul etdiyinizi göstərən gizli bir əlamət var. Foodinfo.az-a istinadən, britaniyalıların əksəriyyəti tövsiyə olunan gündəlik normadan qat-qat çox duz qəbul edir. Geniş yayılmış fikrin…
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb. Bu barədə Media və Yayım Şurası məlumat yayıb. Bildirilib ki…
“Oğlum olsa, adını Şahin qoyarsan...” Bir döyüşçünün ailəsinə son arzusu, bir ananın ömürlük nisgili və atasını heç vaxt tanımayan bir oğulun daşıdığı ad... Bu sözlər indi təkcə bir vəsiyyət deyil, həm də Vətən uğrunda…
Məşhur türkiyəli aktrisa Pınar Altuğ və aktyor həyat yoldaşı Yağmur Atacan yaxın dostlarına və qohumlarına borc pul verməklə bağlı açıqlamaları ilə diqqət çəkiblər. Cütlük yaxın qohumlarına və dostlarına borc verməklə…
Samux Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə rayonda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı…
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb. Bu barədə Modern.az-a Şuradan məlumat verilib. Bildirilib ki…
Ermənistanın İrandakı səfiri Qriqor Akopyan İran parlamentinin Ermənistanla dostluq qrupunun rəhbəri Ara Şahverdyan və qrupun üzvləri ilə görüşüb. Bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat verib. Görüşdə…
İstifadəçilər Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərinə və "Şəxsi kabinet"lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Bu barədə…
Noyabrın 3-də Hövsan–Türkan avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, yolun kanal…
Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilib.Bu barədə Oxu24.com-a…
Azərbaycanda gənc idmançı – atlet Həvva Yambulatova qəfil vəfat edib. Bu barədə “Shusha Climbers” klubu məlumat yayıb.Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib.Həvva Yambulatovanın…
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması üçün irəli sürdüyü əsas şərtləri və ABŞ-a təklifini açıqlayıb.
Qubadlı rayonunun Xanlıq kəndində yeni binaların və mühəndis sistemlərinin inşası üçün 73.4 milyon manat dəyərində müqavilə imzalandı. Tikintinin detalları xəbərimizdə.
Yaxın Şərqdə hərbi eskalasiya riskinin artması fonunda İran ətrafında diplomatik təmaslar intensivləşib. Oktyabrın 26-da Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin nümayəndələrindən ibarət üçlü heyət Tehrana səfər…
Azərbaycan qadını yalnız ailənin və cəmiyyətin mənəvi dayağı deyil, eyni zamanda, ictimai-siyasi proseslərdə fəal iştirak edən, maarifçilik hərəkatına töhfə verən və dövlətçilik ənənələrinin qorunmasında mühüm rol…
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya…
Anadolunun minilliklərdən süzülüb gələn tarixi, təbiətin yaratdığı ecazkar mənzərələr və insan zəhmətinin bəxş etdiyi gözəlliklər… Türkiyənin cənub-qərbində yerləşən Isparta bütün…
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi “İmprotex Trucks and…
2 yaşlı uşağın bağçada döyüldüyü iddia edilir. Nənə nəvəsini bağçaya sağlam göndərdiklərini, evə qayıtdıqdan sonra isə dodağında qanama, bədənində göyərmələr…
Konfrans
Müşavir
AAYDA
Həvva Yambulatova
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq…
Azərbaycanın idman dırmanması üzrə yeniyetmə millisinin üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib. Gənc idmançı "Shusha Climbers" klubunun təmsilçisi olub. Həvva Yambulatova boulderinq və çətinlik növləri üzrə…
Almaniyanın Xristian-Demokrat İttifaqı (XDİ) 2027-ci ilin əvvəlində ölkənin yeni prezidentini seçəcək Federal Məclisin tərkibinə keçmiş kansler Angela Merkelin namizədliyini irəli sürməyi planlaşdırır. Bu barədə DPA…
Avropanın bir sıra ölkələrində supermarket şəbəkələrinin soyutma sistemlərində ciddi problemlər yaranıb. İsveçdə bəzi marketlərin soyuducu və dondurucu sistemlərinə kiberhücum edildiyi, Belçika və Lüksemburqda isə…
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. O, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq…