Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Milli.Az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə oktyabr ayında 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.