Möhtərəm cənab Prezident!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinizdə səsləndirdiyiniz mühüm fikirlər, qarşıya qoyduğunuz vəzifələr və Azərbaycanın gələcək inkişafı ilə bağlı müəyyənləşdirdiyiniz prioritetlər məndə böyük iftixar hissi yaratdı.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Sizin rəhbərliyinizlə ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı və milli maraqlarımızın qorunması istiqamətində həyata keçirilən siyasət ölkəmizin keçdiyi tarixi yolun mühüm mərhələlərini təşkil edir. Ulu Öndərin əsasını qoyduğu dövlətçilik ənənələri bu gün də davam etdirilir.

Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün kimi, doğma Qarabağımızın və Şərqi Zəngəzurumuzun işğaldan azad edilməsini, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasını, eləcə də həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsini böyük sevinc və qürur hissi ilə izləyirəm.

Bu gün uzun illər doğma yurdlarından ayrı düşmüş keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmaları, orada yeni həyat qurmağa başlamaları hər bir azərbaycanlı üçün böyük sevinc və fərəh mənbəyidir. Doğma Kəlbəcərimizin, Qarabağımızın və Şərqi Zəngəzurumuzun yenidən dirçəlməsi Sizin qətiyyətinizin, xalqımızın iradəsinin, dövlətimizin imkanlarının və milli birliyimizin təzahürüdür.

Möhtərəm cənab Prezident!

Azərbaycanın inkişafı, dövlətimizin qüdrətinin artırılması, tarixi Zəfərimizin qazanılması və dövlət suverenliyimizin tam bərpası ilə əlaqədar Sizə dərin minnətdarlığımı bildirirəm.

Yeni Azərbaycan Partiyasının üzvü kimi, bundan sonra da partiyamızın ətrafında sıx birləşərək dövlətimizə, xalqımıza və Vətənimizə sədaqətlə xidmət etməyi özümə şərəfli və məsuliyyətli vəzifə hesab edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımızın tərəqqisi naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Nüşabə Əliyeva,

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.