Ardıcıl dörd gün iş olmayacaq – Tarixlər

Bu həftənin sonu və gələn həftənin ilk günlərində ardıcıl olaraq dörd gün iş olmayacaq.

Noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Noyabrın 8-i bazar gününə təsadüf etdiyi üçün noyabrın 10-u qeyri-iş günü hesab olunacaq.

Beləcə, beşgünlük iş həftəsində çalışanlar üçün şənbə günü də daxil olmaqla 7-10 noyabr tarixləri qeyri-iş günü olacaq.