Rusiya və Ukrayna nümayəndələri postsovet ölkəsinin hava limanında görüşdülər

Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Qomel hava limanında Aleşkiyə humanitar missiyanı müzakirə etmək üçün görüşüblər.

Bu barədə "Belarus seqodnya" məlumat yayıb.

Onlara humanitar aksiyanı dəstəkləyən Belarus nümayəndələri də qoşulub.

Oktyabrın 29-da Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Yana Lantratova qalan sakinlər üçün Aleşkiyə humanitar yardım göndəriləcəyini açıqladı. Şəhərə yardımın çatdırılmasını və şəhəri tərk etmək istəyənlərin imkanlarını təmin etmək üçün mina təmizləmə işləri davam etdiriləcək.