Misir piramidaları qədim dünyanın ən sirli tikililəri hesab olunur. Alimlər onların quruluşu və tikinti üsulları ilə bağlı bəzi suallara hələ də tam cavab tapa bilməyiblər.
Araşdırmalara görə, əsas müəmmalar bunlardır:
1. Misir piramidasındakı gizli boşluq – 2017-ci ildə alimlər piramidanın daxilində uzunluğu ən azı 30 metr olan böyük boşluq aşkar ediblər. Onun hansı məqsədlə yaradıldığı məlum deyil.
2. Amazon meşələrindəki piramidalar – Lazer skanerləri vasitəsilə Cənubi Amerikada əvvəllər məlum olmayan qədim yaşayış məskənləri və hündürlüyü 22 metrə çatan piramida tipli tikililər aşkarlanıb.
3. Nəhəng daş blokların daşınması – Qədim misirlilərin yüz tonlarla ağırlığında daşları necə daşıdıqları barədə sübutlar olsa da, piramidaların yuxarı hissələrinin tikintisində istifadə edilən üsullar tam aydınlaşdırılmayıb.
4. Gizli tunellər – Misir piramidasında Kraliça otağından başlayan dar tunellərin məqsədi hələ də müzakirə olunur. Bəzi alimlər onların dini inanclarla və fironların axirət dünyasına səyahəti ilə bağlı olduğunu düşünürlər.
5. Sudanda piramidaların çoxluğu – Sudanda Misirdən daha çox qədim piramida var. Bunların əksəriyyəti Kuş krallığı dövründə tikilib. Bu ənənənin əsrlər boyu davam etməsi onların sayının çoxluğunu izah edir.
6. Karal sivilizasiyasının tikililəri – Peruda təxminən 5 min il əvvələ aid piramidayabənzər tikililər aşkarlanıb. Alimlər müharibə və güclü hakimiyyətə dair ciddi sübutlar olmayan bu cəmiyyətin belə böyük tikililəri necə inşa etdiyini araşdırırlar. /Lent.az/