ABŞ-də təyyarə yerə çırpıldı, bütün heyət öldü: Pilotun son sözü nə olub? - Anbaan görüntülər

ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində qəzaya uğrayan "Learjet 60" biznes təyyarəsində olan doqquz nəfərin hamısı həlak olub.

Bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "X" sosial şəbəkə hesabında məlumat verib.

"Bu gün Palm-Biç dairəsində baş verən təyyarə qəzası dəhşətli faciədir. Təyyarədə olan doqquz nəfərin hamısı həlak olub", - deyə o yazıb.

Daffi əlavə edib ki, təyyarə daha əvvəl Texas ştatının Ostin şəhərindən havaya qalxıb və Baham adalarına doğru hərəkət edirmiş.