"İran digər ssenarilərə də hazırdır"

İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir, lakin digər ssenarilərə də hazırdır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına açıqlamasında bildirib.

Nazir ölkənin silahlı qüvvələrinin əvvəlki iki müharibə ilə müqayisədə xeyli gücləndiyini deyib.

Əraqçinin sözlərinə görə, Tehran həm diplomatik danışıqlara, həm də müdafiəyə hazırdır. O, Ali Rəhbərin mesajının İranın mövqeyini aydın şəkildə ortaya qoyduğunu və silahlı qüvvələrin qarşısında duran vəzifələri müəyyənləşdirdiyini vurğulayıb.