Bakı, 1 noyabr, AZƏRTAC Noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günüdür. Bu gün ölkənin iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və kəndlərin rifahının yüksəlməsinə zəhməti ilə töhfə verən insanların bayramıdır. Azərbaycan xalqı üçün kənd təsərrüfatı çoxəsrlik tarix boyu təkcə iqtisadi fəaliyyət növü olmayıb, eyni zamanda zəhmətə, torpağa bağlılığa və halal əmələ əsaslanan dəyərlərin daşıyıcısına çevrilib.AZƏRTAC Kənd Təsərrüfatı İşçiləri Günü ilə əlaqədar hazırlanan məqaləni təqdim edir:Aqrar sahənin inkişafı ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin başladığı aqrar islahatlar bu sahənin sonrakı inkişafı üçün etibarlı zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi altında bu islahatlar uğurla davam etdirilir və aqrar sektorun müasirləşməsinə, rəqabət qabiliyyətinin artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə yönəlir.Bu siyasətin yeni mərhələsini 2026-cı il mayın 25-də dövlət başçısının Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” müəyyənləşdirir. Proqram məhsuldarlığın artırılmasını, müasir suvarma texnologiyalarının tətbiqini, torpaq və su ehtiyatlarından səmərəli istifadəni, istehsal və emal imkanlarının genişləndirilməsini önə çəkir. Hədəflərə vaxtında nail olmaq üçün dövlət qurumları, özəl sektor və fermerlər arasında əlaqələndirilmiş fəaliyyət vacibdir.Proqramın uğurla icrası üçün qanunvericilik çərçivəsi də yenilənir. “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” yeni qanunların qəbulu, dövlət dəstəyi mexanizmlərinə yeni yanaşmalar, müasir idarəetmə üsullarının tətbiqi bu prosesin tərkib hissəsidir. Məqsəd fermerlər üçün əlverişli fəaliyyət mühiti yaratmaq, dövlət dəstəyinin təsirini artırmaq və sahənin rəqabət qabiliyyətini gücləndirməkdir. Nəticələr və yeni çağırışlar Görülən işlərin nəticəsi statistikada da görünür. Cari ilin yanvar–sentyabr aylarında ölkədə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub. Dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artıb, buğdanın məhsuldarlığı hektarda 36,3 sentnerə çatıb. Meyvə və giləmeyvə istehsalı 5 faiz artaraq 842,6 min tona yüksəlib. Kənd təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika müşahidə edilir. Lakin bu uğurlarla kifayətlənmək olmaz. İqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və beynəlxalq bazarlardakı dəyişkənlik daha çevik, innovativ və elmi əsaslı yanaşma tələb edir. Rəqəmsallaşma, yeni texnologiyalar və elmi biliklərin istehsalata tətbiqi aqrar inkişafın əsas istiqaməti olaraq qalır. Bu baxımdan, işğaldan azad olunmuş ərazilər də xüsusi önəm daşıyır: Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların qurulması, istehsal infrastrukturunun yaradılması və torpaqların iqtisadi dövriyyəyə qaytarılması ölkə üçün yeni imkanlar açır. Proqramın əsas hədəfləri Dövlət Proqramı konkret göstəriciləri də müəyyən edir. Plana əsasən, mal əti istehsalı ən azı 20, süd istehsalı ən azı 10, qoyun əti istehsalı ən azı 9, quş əti istehsalı isə ən azı 30 faiz artırılmalıdır. Yumurta istehsalında təxminən 27 faizlik artım gözlənilir. Akvakultura məhsullarının həcmi 3 400 tondan təxminən 7 700 tona çatdırılacaq. Bundan əlavə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan ÜDM-in orta illik artımı ən azı 2 faiz, aqrar və emal məhsullarının ixracının orta illik artımı isə 6 faiz olmalıdır. İxtisaslaşmış rayonlarda buğda və pambığın məhsuldarlığı hektarda təxminən 50 sentnerə, intensiv meyvə bağlarının sahəsi 70 min hektara çatdırılacaq. Su və torpaq: iqlimə davamlı təsərrüfat İqlim dəyişiklikləri kənd təsərrüfatının gələcəyini müəyyən edən əsas amilə çevrilib. Temperaturun yüksəlməsi, su qıtlığı və quraqlıq riskləri ənənəvi təsərrüfatçılıq üsullarına yenidən baxmağı zəruri edir. Artıq prinsip dəyişir: daha çox resurs sərf edib daha çox məhsul almaq yox, mövcud resurslardan daha səmərəli istifadə etmək əsas götürülməlidir.Bu məqsədlə proqramda müasir suvarma sistemlərinin genişləndirilməsi, suyun keyfiyyətinin monitorinqi, torpaqların aqrokimyəvi xəritələrinin hazırlanması, torpaq analizi sisteminin müasirləşdirilməsi, örüş və otlaqların münbitliyinin bərpası, həmçinin iqlimə həssas bölgələrdə erkən xəbərdarlıq sistemlərinin qurulması nəzərdə tutulub. Bərpa olunan enerji mənbələrindən istifadə və istixana qazları emissiyalarının sistemli monitorinqi də planlaşdırılan tədbirlər sırasındadır.Rəqəmlər bu yanaşmanın miqyasını göstərir: müasir suvarma sistemləri 130 min hektardan təxminən 300 min hektara çatdırılacaq, təxminən 20 min hektarda pilot qaydada torpaqların konsolidasiyası tətbiq olunacaq, 480 min hektar örüş-otlaq sahəsinin münbitliyi yaxşılaşdırılacaq. Praktikada isə damcı və yağmurlama suvarması, torpağın vəziyyətinə əsaslanan gübrələmə, müasir toxumçuluq və inteqrir bitki mühafizəsi geniş yayılmalıdır. Bu texnologiyalar həm məhsuldarlığı artırır, həm də su və torpaq üzərindəki təzyiqi azaldır. Müasir texnologiyalardan istifadə Müasir texnologiyalar aqrar sahədə artıq gələcəyin deyil, bu günün real vasitəsinə çevrilir. Su qıtlığı şəraitində ən çox diqqət çəkən yenilik damcı və yağmurlama suvarması kimi suya qənaət edən üsullardır: bu sistemlər suyu birbaşa bitkinin kök zonasına çatdıraraq itkini minimuma endirir, eyni zamanda məhsuldarlığı artırır. Torpağın vəziyyətinə uyğun gübrələmə və suvarma qərarları isə resursların hər qramını səmərəli işlətməyə imkan verir. Bu prosesdə aqrodronlar da mühüm rol oynayır: onlar geniş əkin sahələrini qısa müddətdə müşahidə edərək quraqlıq stresini, xəstəlik ocaqlarını və zərərverici riskini erkən aşkarlayır, lazım gəldikdə isə gübrə və mühafizə vasitələrinin dəqiq tətbiqinə şərait yaradır. Peyk görüntüləri və sensorlar torpağın rütubətini, bitkinin inkişaf dinamikasını real vaxtda izləməyə kömək edir, elektrik mühərrikli texnika və bərpa olunan enerji mənbələri isə həm xərcləri, həm də ətraf mühitə təsiri azaldır. Beləliklə, fermer təcrübəsi ilə texnologiyanın dəqiqliyi birləşdikdə daha az suyla, daha az xərclə və daha yüksək keyfiyyətli məhsul əldə etmək mümkün olur. Fermerlər üçün güzəştlər Fermerlərin bu texnologiyalara çıxışını asanlaşdırmaq üçün konkret mexanizmlər də işləyir. Hazırda intensiv meyvə bağlarının salınmasına xüsusi subsidiyalar verilir və bu zaman müasir suvarma sistemlərinin tətbiqi vacib şərt sayılır. Suvarma sistemləri dəsti və avadanlığı güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısına daxil edilib. Güzəşt məbləği gömrük dəyərinin və ya yerli texnika olduqda qiymətləndirmə nəticəsində müəyyən edilmiş dəyərin 40 faizini təşkil edir. Dəyərin 20 faizi həcmində ilkin ödənişlə həmin suvarma sistemlərini əldə etmək mümkündür. Güzəşt və ilkin ödənişdən sonra qalıq məbləğ, yəni dəyərin 40 faizi müvəkkil kredit təşkilatı tərəfindən kredit (və ya lizinq) formasında maliyyələşdirilir.İqlimə davamlı kənd təsərrüfatı ekoloji seçim olmaqla yanaşı, iqtisadi zərurətdir, çünki qorunmayan su və torpaq gələcəkdə məhsuldarlığın itirilməsi deməkdir.Dövlət Proqramında qarşıya qoyulan hədəflər nəzərə alınmaqla, Aqrar Subsidiya Şurasının qərarı ilə yeni güzəşt mexanizmlərinin yaratdığı üstünlüklər də bu baxımdan yerinə düşür. “Aqrar sahə haqqında” qanun layihəsi Bu məsələlər “Aqrar sahə haqqında” qanun layihəsində ayrıca hüquqi istiqamət kimi əksini tapıb. Layihə torpağın əsas istehsal vasitəsi kimi qorunmasını, təyinatına uyğun və səmərəli istifadəsini, münbitliyin saxlanmasını, aqrokimyəvi xəritələrin hazırlanmasını və müasir texnologiyaların tətbiqini önə çəkir.Su ehtiyatlarının idarə olunması baxımından su itkilərini azaldan qapalı suvarma sistemlərinin genişləndirilməsi, suvarma normalarının bitkilərin bioloji xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməsi, su istifadəsi limitlərinə riayət, suyun keyfiyyətinin yoxlanılması və istifadə olunmuş suların ətraf mühitə zərər vermədən təkrar istifadəsi nəzərdə tutulur. İqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində isə iqlimə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması, qoruyucu meşə zolaqlarının salınması, resursqoruyucu texnologiyaların tətbiqi, elektrik mühərrikli texnikadan istifadənin artırılması və aqrar tullantıların təkrar emalı planlaşdırılır. İnteqrir bitki mühafizəsi də kimyəvi vasitələrdən istifadənin idarə olunmasına və ekoloji tarazlığın qorunmasına xidmət edəcək. Torpaq sahələrinin həddindən artıq parçalanması istehsalın səmərəliliyinə mənfi təsir göstərən digər problemdir. Layihə mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında konsolidasiyanı, vahid əkini və kooperativləşməni dəstəkləməklə torpaqlardan birgə və səmərəli istifadəyə yol açır. Qanun həm də dövlətin bu sahədəki siyasəti üçün ümumi hüquqi əsas yaradır. Dövlət dəstəyi, güzəştli maliyyələşdirmə, elmi tədqiqat, aqrar təlim və məsləhət xidmətləri fermerlərin müasir texnologiyalara çıxışını yaxşılaşdıracaq. Rəqəmsal kənd təsərrüfatı Müasir aqrar inkişafın digər mühüm sütunu rəqəmsallaşmadır. Burada əsas məqsəd texnologiyadan sadəcə istifadə etmək deyil, qərarları dəqiq məlumatlara əsaslanaraq qəbul etməkdir. Fermer hansı sahənin suvarmaya daha çox ehtiyacı olduğunu, torpağa hansı elementlərin lazım olduğunu, xəstəlik və ya zərərverici riskinin harada artdığını vaxtında bilirsə, həm xərcini azaldır, həm də məhsuldarlığını yüksəldir.Bu səbəbdən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) imkanlarının genişləndirilməsi, informasiya sistemləri arasında məlumat mübadiləsinin yaxşılaşdırılması, data əsaslı idarəetmə və süni intellekt həllərinin inkişafı proqramın prioritetləri sırasındadır. 2030-cu ilədək dövlət dəstəyi xidmətlərinin rəqəmsal formada göstərilməsi payının 100 faizə çatdırılması hədəflənir. Aqrokimyəvi göstəricilər əsasında hazırlanacaq rəqəmsal xəritələr bu yanaşmanı tamamlayır. Peyk müşahidələri, aqrodronlar və sensorlar isə qərarların dəqiqliyini artıran vasitələrdir; əsas məsələ toplanan məlumatları fermerin gündəlik fəaliyyətində praktik qərara çevirməkdir. Xüsusilə kiçik təsərrüfatlarda texniki bilik və rəqəmsal bacarıqların məhdudluğu nəzərə alınaraq, maarifləndirmə və təlimlər genişləndiriləcək. Kadr hazırlığı və elm Bütün bunların arxasında insan potensialı dayanır. Proqrama əsasən, aqrar ixtisaslar üzrə ikili diplom proqramları ilə məzun sayı 46 nəfərdən ən azı 500 nəfərə çatdırılacaq, xarici universitetlə əməkdaşlıqda birgə universitet yaradılacaq və beynəlxalq tərəfdaşlarla ən azı bir mükəmməllik və innovasiya mərkəzi formalaşdırılacaq. Ən azı 200 tələbənin xaricdə istehsalat təcrübəsinə cəlb olunması, 100 təhsilverənin təlimlərdə iştirakı, yeni peşə və kvalifikasiya standartlarının hazırlanması, təhsil proqramlarının yenilənməsi də hədəflər arasındadır. İndeksləşdirilmiş jurnallarda elmi məqalələrin sayı isə hər il 10 faiz artırılacaq. İxrac, sığorta və dayanıqlılıq Aqrar məhsulların xarici bazarlara çıxışı da diqqət mərkəzindədir. Hər il ən azı iki istehsalçının qlobal bazarlarda tanınan sertifikat əldə etməsinə dəstək göstəriləcək, ən azı beş aqroparkın ixracyönümlü fəaliyyəti təmin olunacaq, intensiv bağlar və istixana infrastrukturu genişlənəcək, yerli məhsulların brendləşdirilməsi sürətləndiriləcək. Soyuducu anbarların ümumi tutumu 400 min tondan təxminən 500 min tona çatdırılacaq ki, bu da orta və uzunmüddətli perspektivdə ixracın artmasına töhfə verəcək.Fermerlərin risklərə qarşı dayanıqlığını artırmaq üçün aqrar sığorta da gücləndirilir. Sığorta ilə əhatə olunan sahə 386 min hektardan ən azı 1 milyon hektara, sığortalanan heyvanların sayı isə 6,9 min başdan təxminən 100 min başa çatdırılacaq. Rəqəmsal xidmətlərin genişlənməsi də fermerlərin dövlət dəstəyinə çıxışını asanlaşdıracaq.Kənd Təsərrüfatı İşçiləri Günündə bir həqiqəti yenidən vurğulamaq yerinə düşər: ərzaq təhlükəsizliyi, kəndlərin inkişafı və iqtisadiyyatın dayanıqlılığı birbaşa torpaqla işləyən insanların zəhmətindən asılıdır. Dövlət Proqramı, yeni qanunlar, güzəştli maliyyələşdirmə və rəqəmsal həllər bu zəhmətin daha səmərəli və daha qazanclı olması üçün güclü zəmin yaradır. Hər gün zəhməti ilə sabaha ruzi daşıyan, süfrələrimizi təravətli nemətlərlə bəzəyən fədakar fermerlərimizi, aqronomlarımızı, baytarlarımızı və bütün kənd təsərrüfatı işçilərini təbrik edir, hər zaman bol məhsul, tükənməz enerji və uğurlar diləyirik. Bayramınız mübarək!
Bu gün
2848 xəbər bu gün
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Redaktor.az xəbər…
Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə “Dəmir Yolları…
"Sabah ABŞ-də aralıq seçkiləri keçiriləcək. Hər iki palataya eyni vaxtda seçkilər keçiriləcək. Nümayəndələr Palatasına 435 konqresmen seçilməlidir. Daha 35 nəfər isə Senata seçiləcək. Onların təqribən 20-si…
Noyabrın 2-də Milli Məclisin Gənclər və idman komitəsi şəhid övladı olan tələbələrlə görüş keçirib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə…
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin korrupsiya cinayətində ittiham olunması ilə bağlı işə mahiyyəti üzrə baxılmasına başlanılıb. Keçmiş Baş nazir məhkəmə iclasında iştirak…
Özbəkistanda Cinayət işləri məhkəməsi yeni doğulmuş uşağın qətlə yetirilməsində təqsirləndirilən qadına hökm oxuyub. Təqsirləndirilən şəxs dünyaya gətirdiyi körpəni tualetin çüxuruna…
Rusiya başqa dövlətlərə hücum etmək və onlara qarşı hibrid müharibə aparmaq niyyətində deyil. "İnterfaks" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə…
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb. Bu barədə Media və Yayım…
Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.
Belçikanın Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı koalisiya danışıqlarının nəticəsiz qalması səbəbindən istefa ərizəsini krala təqdim edib.
Azərbaycanın investisiya potensialı çox genişdir. Ölkənin əsas üstünlüklərindən biri onun istehsal, logistika və ticarət imkanlarını bir platformada...
Azərbaycan qadını yalnız ailənin və cəmiyyətin mənəvi dayağı deyil, eyni zamanda, ictimai-siyasi proseslərdə fəal iştirak edən, maarifçilik hərəkatına...
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb.Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Hesablama Palatası "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəy verib.Redaksiya bu barədə Palataya istinadən xəbər verir.
Əllərinizdə həddindən artıq duz qəbul etdiyinizi göstərən gizli bir əlamət var. Foodinfo.az-a istinadən, britaniyalıların əksəriyyəti tövsiyə olunan gündəlik normadan qat-qat çox duz qəbul edir. Geniş yayılmış fikrin…
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb. Bu barədə Media və Yayım Şurası məlumat yayıb. Bildirilib ki…
“Oğlum olsa, adını Şahin qoyarsan...” Bir döyüşçünün ailəsinə son arzusu, bir ananın ömürlük nisgili və atasını heç vaxt tanımayan bir oğulun daşıdığı ad... Bu sözlər indi təkcə bir vəsiyyət deyil, həm də Vətən uğrunda…
Məşhur türkiyəli aktrisa Pınar Altuğ və aktyor həyat yoldaşı Yağmur Atacan yaxın dostlarına və qohumlarına borc pul verməklə bağlı açıqlamaları ilə diqqət çəkiblər. Cütlük yaxın qohumlarına və dostlarına borc verməklə…
Samux Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə rayonda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı…
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb. Bu barədə Modern.az-a Şuradan məlumat verilib. Bildirilib ki…
Ermənistanın İrandakı səfiri Qriqor Akopyan İran parlamentinin Ermənistanla dostluq qrupunun rəhbəri Ara Şahverdyan və qrupun üzvləri ilə görüşüb. Bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat verib. Görüşdə…
İstifadəçilər Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərinə və "Şəxsi kabinet"lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Bu barədə…
Noyabrın 3-də Hövsan–Türkan avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, yolun kanal…
Misli premyer-liqasında oktyabr ayının TOP-5 qolu açıqlanıb. "Football-plus.az" PFL-ə istinadən qolları təqdim edir: - VİDEO
Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilib.Bu barədə Oxu24.com-a…
Azərbaycanda gənc idmançı – atlet Həvva Yambulatova qəfil vəfat edib. Bu barədə “Shusha Climbers” klubu məlumat yayıb.Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib.Həvva Yambulatovanın…
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması üçün irəli sürdüyü əsas şərtləri və ABŞ-a təklifini açıqlayıb.
Qubadlı rayonunun Xanlıq kəndində yeni binaların və mühəndis sistemlərinin inşası üçün 73.4 milyon manat dəyərində müqavilə imzalandı. Tikintinin detalları xəbərimizdə.
Yaxın Şərqdə hərbi eskalasiya riskinin artması fonunda İran ətrafında diplomatik təmaslar intensivləşib. Oktyabrın 26-da Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin nümayəndələrindən ibarət üçlü heyət Tehrana səfər…
Azərbaycan qadını yalnız ailənin və cəmiyyətin mənəvi dayağı deyil, eyni zamanda, ictimai-siyasi proseslərdə fəal iştirak edən, maarifçilik hərəkatına töhfə verən və dövlətçilik ənənələrinin qorunmasında mühüm rol…
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya…
Anadolunun minilliklərdən süzülüb gələn tarixi, təbiətin yaratdığı ecazkar mənzərələr və insan zəhmətinin bəxş etdiyi gözəlliklər… Türkiyənin cənub-qərbində yerləşən Isparta bütün…
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi “İmprotex Trucks and…
2 yaşlı uşağın bağçada döyüldüyü iddia edilir. Nənə nəvəsini bağçaya sağlam göndərdiklərini, evə qayıtdıqdan sonra isə dodağında qanama, bədənində göyərmələr…
Konfrans
Müşavir
AAYDA
Həvva Yambulatova
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq…
Azərbaycanın idman dırmanması üzrə yeniyetmə millisinin üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib. Gənc idmançı "Shusha Climbers" klubunun təmsilçisi olub. Həvva Yambulatova boulderinq və çətinlik növləri üzrə…
Almaniyanın Xristian-Demokrat İttifaqı (XDİ) 2027-ci ilin əvvəlində ölkənin yeni prezidentini seçəcək Federal Məclisin tərkibinə keçmiş kansler Angela Merkelin namizədliyini irəli sürməyi planlaşdırır. Bu barədə DPA…
Avropanın bir sıra ölkələrində supermarket şəbəkələrinin soyutma sistemlərində ciddi problemlər yaranıb. İsveçdə bəzi marketlərin soyuducu və dondurucu sistemlərinə kiberhücum edildiyi, Belçika və Lüksemburqda isə…
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. O, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq…