Berlin, 31 oktyabr, AZƏRTAC Almaniyanın nüfuzlu nəşrlərindən olan “Berliner Zeitung” qəzetində Azərbaycanın zəngin multikulturalizm mühitindən bəhs edən geniş məqalə dərc olunub.AZƏRTAC xəbər verir ki, Almaniya Müsəlmanları Mərkəzi Şurasının sabiq sədri Ayman Mazyekin müəllifi olduğu məqalədə Azərbaycanın İslam dünyasında özünəməxsus dövlət-din münasibətləri modeli və multikulturalizm təcrübəsindən ətraflı söhbət açılıb.Məqalədə vurğulanıb ki, Yaxın Şərqdə və Körfəz regionunda sünnilər və şiələr arasında tarixi ayrılıqlardan siyasi məqsədlər üçün istifadə edildiyi bir vaxtda Cənubi Qafqazda yerləşən Azərbaycan tamamilə fərqli model nümayiş etdirir. Müəllif yazır ki, Azərbaycan son onilliklərdə İslam dünyasında analoqu olmayan unikal dini-siyasi mühit və dinc yanaşı yaşama nümunəsi formalaşdırıb.Nəşrdə diqqətə çatdırılır ki, Bakıda cümə namazlarında məscidlərin sünni və ya şiə məscidi olması soruşulmur. Hər iki məzhəbin nümayəndələri bir məsciddə eyni sırada duraraq birlikdə ibadət edirlər. Xüsusilə qeyd edilib ki, Bağdad, Beyrut və ya Sənada siyasi qarşıdurma vasitəsinə çevrilən bu məsələ Azərbaycanda gündəlik həyat normasıdır. Ölkə əhalisinin təxminən 70 faizini şiələr, qalan hissəsini isə sünnilər təşkil etsə də, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bütün müsəlmanların vahid təmsilçisi kimi çıxış edir. Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi bu qurumda onun müavininin sünni müfti Salman Musayev olması bu birliyin müvəqqəti güzəşt deyil, köklü bir sistem olduğunu göstərir.Azərbaycana səfərləri zamanı bu modelin şahidi olduğunu bildirən müəllif qeyd edib ki, ölkədə yalnız İslam məzhəbləri deyil, yəhudi, katolik, protestant və rus pravoslav icmaları da dərin hörmət və dinc şəraitdə yaşayırlar. Xüsusilə Aşura günündə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi ilə bütün dini icma rəhbərlərinin bir araya gələrək qanvermə aksiyasında iştirak etməsi, şiə kimliyi ilə assosiasiya olunan bir günün sünnilər, yəhudilər və xristianlar üçün vahid həmrəylik gününə çevrilməsinin bariz nümunəsidir.Məqalədə Azərbaycanın multikulturalizm siyasətinin dövlət səviyyəsində dəstəkləndiyi vurğulanır. Müəllif Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən start götürən “Bakı Prosesi”ni və 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusi qeyd edir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan bu forumların Azərbaycanın qlobal dialoqa töhfələrinin bariz göstəricisi olduğu diqqətə çatdırılıb. Eyni zamanda, müəllif əlavə edir ki, Azərbaycanın əsl sərvəti təkcə beynəlxalq konfranslar deyil, ailələrdə, qonşuluqda və məscidlərdə təbii şəkildə yaşanan konfessiyalararası dostluqdur.Yazıda Azərbaycanın nümayiş etdirdiyi bu unikal modelin müxtəlif istiqamətlərdən gələn radikal təhdidlər və ideoloji təzyiqlərlə üzləşdiyi vurğulanıb. Qeyd olunur ki, xaricdən ixracına cəhd göstərilən dini ekstremizmə, ideoloji təxribatlara və saxta dezinformasiya kampaniyalarına baxmayaraq, ölkədə məzhəblərarası həmrəylik sabit qalır. Tədqiqatlara istinadən vurğulanır ki, radikallaşmanın və ideoloji təhdidlərin qarşısını alan ən effektiv vasitə inzibati tədbirlər deyil, məhz cəmiyyətdə heç bir məzhəbin təcrid olunmaması və hamıya bərabər münasibət bəslənməsidir.Qeyd olunur ki, Azərbaycan regional münaqişələrin və xarici təzyiqlərin dini-məzhəbi müstəviyə keçməsinə imkan verməyərək təmkinli, müdrik və sülhpərvər daxili və xarici siyasət yürüdür. Dövlətin nümayiş etdirdiyi bu müstəqil duruş daxili dini sabitliyin və konfessiyalararası sülhün başlıca təminatçısı kimi qiymətləndirilir.Müəllif Ayman Mazyek vurğulayır ki, Azərbaycanın nümayiş etdirdiyi bu model bütün İslam dünyası üçün ümid işığıdır. Tarixi təcrübələr göstərir ki, müxtəlif məzhəblərin dinc yanaşı yaşaması mümkün və alternativsizdir. Bu gün Azərbaycanda yaşanan məzhəblərarası qardaşlıq və qarşılıqlı hörmət mühiti regionda və dünyada sülhün, dialoqun bərqərar olması üçün mühüm bir nümunədir. Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin
Bu gün
2371 xəbər bu gün
Xəbər verdiyimiz kimi, "Qarabağ" Misli Premyer Liqasının X turunda səfərdə “Qəbələ” ilə 0:0 hesablı heç-heçə edib. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında…
Qaxda 7 nəfər qidadan zəhərlənib. Redaktor.az xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub. TƏBİB-dən verilən...
Almaniyanın Hamburq şəhərində hərbi xidmətə çağırışa qarşı keçirilən etiraz polislə toqquşmalarla başa çatıb. Nümayişin sonunda maskalı iştirakçılar barrikadalar quraraq onları yandırıb, polis əməkdaşlarına isə fişənglər…
Moskvadakı “Tsaritsino” muzey-qoruğunda terror təhlükəsi ilə əlaqədar təcili təxliyə elan olunub. Bu barədə “Fontanka” nəşri məlumat yayıb. Məlumata görə, orada keçirilən konsertin başa çatmasına 10 dəqiqə qalmış…
"Məktəblərdə xoşagəlməz hadisələrin sayı getdikcə artır. Əvvəlki çıxış və müsahibələrimdə bu barədə dəfələrlə narahatlığımı bölüşmüşdüm. Daha öncə də demişdim ki, getdikcə belə hadisələr çoxalacaq. Növbəti günlərdə bu…
Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “Qəbələ” matçı qolsuz bərbərlikə başa çatıb. Oyunun gedişində “Qarabağ”ın futbolçuları Marko Yankoviç və Mateus Silva arasında dava olub…
ABŞ və ya İsrail tərəfindən yeni bir hücum olacağı təqdirdə İranın zərbə endirəcəyi ölkələrin siyahısı dərc edilib. Bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, hədəflər İsrail, Səudiyyə…
Kriptovalyuta birjası “Binance” kiberhücum nəticəsində oğurlanmış aktivlər üzrə itkilərin 90 faizini geri ödəyib.
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq…
Sabirabad rayonunda avtomobilin vurduğu piyada ağır xəsarət alıb. Hadisə rayonun Çölbeşdəli kəndində qeydə alınıb. Minik avtomobili yolun kənarında dayanan kənd sakini Yaşar Qubalı oğlu Məmmədovu vurub. Nəticədə piyada…
Qazaxıstanın Xəzər dənizi sahillərində əməliyyat keçirilib. Bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Bildiriib ki, oktyabr ayı ərzində digər dövlət qurumları ilə birgə keçirilən əməliyyat-profilaktik…
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq…
Hörmüz boğazında İranın müəyyənləşdirdiyi marşrutla hərəkət etməyən neft tankeri minaya düşüb. İran mediasına istinadən, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Bu gün günortadan sonra…
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycana dəvət olunub. Bu barədə Modern.az-a MPH sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı məlumat verib. O, qeyd edib…
İngiltərə Premyer Liqasının IX turunda "Mançester Siti" doğma meydanda "Brayton"a 0:1 hesabı ilə məğlub olub. Qarşılaşma Mançesterdə yerləşən "Etihad" stadionunda keçirilib. Oyunda yeganə qolu 11-ci dəqiqədə "Brayton"un…
Azərbaycanda internetdən istifadə səviyyəsi yüksəlməkdə davam edir. Son illərdə internetdən istifadə edən qadın və kişilərin göstəriciləri arasındakı fərq də əhəmiyyətli dərəcədə azalıb. Banker.az saytının verdiyi…
Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin olunması istiqamətində səylərini və Rusiya ilə təmaslarını davam etdirəcək.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir…
Berlin, 31 oktyabr, AZƏRTAC Almaniyanın 30-dan çox şəhərində gənclərin sosial tələblərlə bağlı keçirdiyi etiraz aksiyalarında 100 mindən çox insan iştirak edib.AZƏRTAC xəbər verir ki, “Gen Z regelt” təşəbbüsünün çağırışı…
London, 31 oktyabr, AZƏRTAC Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer Avropa ölkələrini müdafiə və təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməyə çağırıb.AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Kir Starmer…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budeyvi ilə görüşüb.
Участие главы МИД РФ Сергея Лаврова в совещании министров иностранных дел G20 в Атланте стало хорошей возможностью для продолжения взаимодействия с Россией. Об этом заявил...
Канада готова отложить заключение торгового соглашения с США до формирования новой американской администрации по итогам выборов 2028 года, если сторонам не удастся достичь взаимоприемлемых договоренностей. Как передает…
Sumqayıtda məktəbli qız küçədə döyülüb. Lent.az-a istinadən, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgili münasibətlərində olduğu 15 yaşlı…
Marko Rubio
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib. Ukrayna mediasına istinadən, o bu barədə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib…
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub.
Qaxda 7 nəfər qidadan zəhərlənib.Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.TƏBİB-dən…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP…
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub. Bu barədə tanınmış bloqer Saleh Nəsirov paylaşım edib. O qeyd...
Qaxda 7 nəfər qidadan zəhərlənib. Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub. TƏBİB-dən…
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Dadaşzadə saxlanılıb. Araşdırmalarla onun…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP…
Misli Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “Qəbələ” matçı qolsuz bərabərlikə başa çatıb. Oyunun gedişində “Qarabağ”ın futbolçuları Marko Yankoviç və Mateus Silva arasında dava olub. Oyunda fasilədə…
Türkiyə Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün səylərini və Rusiya ilə bu istiqamətdə təmasları davam etdirəcək.
Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün təhlükəsizliyinin təmin edilməsinə dair ideyaları ABŞ-yə təqdim edib. Xarici mediaya istinadən, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada G20 ölkələrinin xarici…
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib. Ukrayna mediasına istinadən, o bu barədə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib…
Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqartda gənclərin genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalara ölkə üzrə təxminən 160 min nəfərin qatılmasını…
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəlib. Bunu Zelenski İstanbulda…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla işçi səfəri çərçivəsində İstanbula gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirilib. Zelenski Türkiyə Prezidenti Rəcəb…
Astanada güləş üzrə dünya çempionatı davam edir. "Football-plus.az" xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləşdə 6 təmsilçimiz mübarizə aparıb. 1/16 finalda İslam Bazarqanov (57 kq) yarımfinalda Spenser Liyə (ABŞ)…
Premyer-liqanın 8-ci turunda məhsuldarlıq yüksək olmasa da, maraqlı nəticələr qeydə alındı. “Mançester Siti” cari mövsümdə ilk dəfə uduzdu. Belədə “Everton”un qapısından iki cavabsız top keçirən “Arsenal” zirvəyə şərik…
Moskva, 31 oktyabr, AZƏRTAC Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva şəhərində terror aktı hazırlığı ilə bağlı ABŞ tərəfdən məlumat alıb.AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya FTX-dən bildirilib.“ABŞ tərəfi…
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq…
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib.