Premyer Liqa:

QƏBƏLƏ, 31 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edib.

Bu nəticədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 19 xalla turnir cədvəlinin ikinci, Yeton Bekirinin kollektivi isə 8 xalla 10-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, X tura sabah yekun vurulacaq.