Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb.Oxu24.com-un məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq.Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-dək davam edəcək.İstilik mövsümünə noyabrın 1-də başlayacaq ərazilər bunlardır:- Ağsu- Ağstafa- Balakən- Daşkəsən- Gədəbəy- Xaçmaz- Xankəndi- İsmayıllı- Kəlbəcər- Qax- Qazax- Qəbələ- Quba- Qusar- Laçın- Lerik- Naxçıvan Muxtar Respublikası- Oğuz- Siyəzən- Şamaxı- Şabran- Şəki- Şuşa- Tovuz- Yardımlı- ZaqatalaQeyd edək ki, digər ərazilərdə isə istilik mövsümünə noyabrın 15-də start veriləcək. Bu ərazilərdə istilik təchizatı 2027-ci il aprelin 15-dək davam edəcək.