Parisdə həmkarlar ittifaqlarının etirazları başladı

Parisin şərq kənarındakı Port de Bagnolet küçəsində alıcılıq qabiliyyətinin azalmasına və yanacaq qiymətlərinin artmasına etiraz olaraq nümayiş başlayıb.

Aksiyada minlərlə insan iştirak edir.

Etirazçılar əllərində "12 milyard avro təhsil üçündür, yeni təyyarədaşıyan gəmi üçün deyil", "Müharibələr və milyarderlər üçün deyil, orta məktəblər üçün pul" və "Yaşasın tələbə etirazı" kimi şüarlar yazılmış bannerlər qaldırıblar.

Həmkarlar ittifaqları ilə yanaşı, tələbə və gənclər təşkilatları, eləcə də "sarı jiletlilər" hərəkatının tərəfdarları da etiraz hərəkatına qoşulublar.

Paris Polis Prefekturası təşkilatçılara yürüşün əvvəlcə elan edilmiş marşrut üzrə Bastil Meydanından Millət Meydanına qədər keçirilməsini qadağan edib. Ölkənin ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurası bu qərarın qanuniliyini təsdiqləyib. Nəticədə, hakimiyyət orqanları nümayişin yalnız paytaxtın şərq kənarlarına qədər davam etməsinə icazə verib.