ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kubadakı vəziyyət onun prezidentlik müddəti başa çatana qədər dəyişəcək.
Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb.
Amerika lideri bildirib ki, Vaşinqton Kubada baş verənləri yaxından izləyir və adadakı mövcud vəziyyətin uzun müddət davam etməyəcəyini düşünür.
“Bu məsələ iki il yarım ərzində həll olunacaq”, – deyə Tramp bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl İranda hərbi əməliyyat başa çatdıqdan sonra Kuba məsələsi ilə məşğul olacağını vəd etmişdi. O, ABŞ administrasiyasının silahlı qüvvələrə 1 trilyon dollar həcmində vəsait ayırdığını da vurğulamışdı.
Bundan əvvəl Vaşinqton Kubaya qarşı enerji embarqosu tətbiq edib. Bu qərar nəticəsində ölkədə elektrik enerjisi və yanacaq çatışmazlığı yaranıb.
Rusiya Prezidenti Vladimir Putin isə ABŞ-nin Kubaya qarşı sanksiyalarını qəbuledilməz adlandırıb. O, Rusiya ilə Kuba arasında tarixən formalaşmış xüsusi münasibətlərin olduğunu qeyd edib.