Meyiti tapılan Elçin FHN əməkdaşı imiş

Xəbər verdiyimiz kimi, Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxs, şəhər sakini 1998-ci il təvəllüdlü Əzizov Elçin Elman oğlu subay və evin tək oğlu imiş. Mərhum həmçinin FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı idi.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.