İran ABŞ-la danışıqlar üçün şərtlərini açıqladı

İran ABŞ ilə münaqişənin nizamlanması və mümkün danışıqların başlanması üçün sanksiyaların ləğvini və regionda Amerika hərbi qüvvələrinin sayının azaldılmasını tələb edir.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Tehranın şərtlərinə İslamabad memorandumundan sonra tətbiq edilmiş sanksiyaların ləğvi, eləcə də ABŞ hərbi qüvvələrinin regiondakı sayının azaldılması daxildir.

Əraqçi İranın tələbləri sırasında ölkənin dondurulmuş aktivlərinin azad edilməsini və neft sektoruna qarşı sanksiyaların aradan qaldırılmasını da xüsusi vurğulayıb.